Abşeron Rayon İcra Hakimiyyəti ilə nazirlik arasında məhkəmə çəkişməsi - Yaşıllığa görə
Ekologiya və Təbii Sərbətlər Nazirliyi (ETSN) yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyin pozulmasına görə Abşeron Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsi barədə inzibati protokol tərtib edib.
“Report”a istinadla xəbər veririk ki, İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci (yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsinə görə) maddəsi ilə yazılan protokola Abşeron Rayon Məhkəməsində baxılacaq.
İş hakim Vaqif Həsənovun icraatındadır.
Qeyd edək ki, bu inzibati xətaya görə, vəzifəli şəxslər 5 000 manat, hüquqi şəxslər 15 000 manat miqdarında cərimə edilir.
Xatırladaq ki, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız məhkəmə qərarı ilə tətbiq edilir.
Qeyd edək ki, bu inzibati xətaya görə, vəzifəli şəxslər 5 000 manat, hüquqi şəxslər 15 000 manat miqdarında cərimə edilir.
Xatırladaq ki, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız məhkəmə qərarı ilə tətbiq edilir.

Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb
“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı