SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Şuşa toplantısı Türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək

Şuşa toplantısı Türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək

Tarix:

20-02-2024, 12:00

/ 103 dəfə oxundu.
Şuşa toplantısı Türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək

 
Bu il fevral ayının 7-də keçirilən andiçmə mərasimində xarici siyasətimizin  hədəflərindən söz açan, dövlət başçısı kimi ilk rəsmi səfərini ənənəvi olaraq qardaş  Türkiyəyə reallaşdıran  Prezident İlham Əliyev   Türk Dövlətləri Təşkilatının  gücləndirilməsinin vacibliyini bu sözlərlə ifadə edib: «Bizim başqa ailəmiz yoxdur». Ona görə də Azərbaycan Prezidentinin dost və qardaş Türkiyəyə səfəri xüsusi əhəmiyyət kəsb edir. 
 Artıq ənənəyə çevrilən  hər iki ölkənin dövlət başçılarının prezident seçkilərindən sonra  qarşılıqlı olaraq Türkiyəyə  və Azərbaycana  səfərləri iki qardaş ölkənin sarsılmaz dostluq nümunəsi kimi dəyərləndirilir.  Prezident İlham Əliyevin türkiyəli həmkarı  Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə fevralın 18-də  qardaş ölkəyə rəsmi səfəri  dövlət başçımızın  “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir”.  
Bölgədə sülh, barışıq, əməkdaşlıq tərəfdarı olan Türkiyə qonşuları ilə   mehriban münasibətlərini genişləndirməklə iqtisadi əlaqələrin şaxələndirilməsinə də  töhfəsini verməkdədir.  Türkiyənin təşəbbüsü ilə  yaradılan  Cənubi  Qafqazda  Sabitlik və Əməkdaşlıq Platforması strateji tərəfdaşlıq,  sülhyaratma missiyasını həyata keçirir. 
 Liderlik fəaliyyətində demokratiyaya, insan hüquq və azadlıqlarının qorunmasına, hər kəsə fərdi yanaşma prinsipinə  üstünlük verən     Prezident Rəcəb Tayyib Ərdoğanın bölgələrə  səfərləri zamanı  insanlarla ünsiyyəti, şəhid ailələrinin ağrı-acısına  həssaslıqla yanaşması,  yoxsul ailələrə  göstərdiyi humanitar yardımlar dövlət başçısının şəxsi keyfiyyətlərini əks etdirməklə onun  əsl vətəndaş,  təcrübəli rəhbər olmasını təsdiqləyir.  “Biz nə qədər güclü olsaq, bizim həqiqətlərimiz də bir o qədər üstün olacaqdır. O qədər də bizim sözümüzü eşidəcəklər” söyləyən Prezident İlham Əliyevin sözlərini 44 gün davam edən İkinci Qarabağ müharibəsindəki siyasi qüdrətimiz, hərbi gücümüz təsdiqlədi.  Türkiyədə və Azərbaycanda sabitliyi pozmağa çalışanların qarşısı hər iki xalqın  birliyi ilə alındı.
Ankarada keçirilən görüşdə mətbuata verilən bəyanatda Azərbaycan Prezidenti İlham Əliyev xüsusi vürğuladı ki, “Azərbaycan xalqı bu qardaşlıq dəstəyini heç vaxt unutmayacaq. Bu gün söhbət əsnasında mən demişdim ki, ondan əvvəl də Türkiyə-Azərbaycan əlaqələri qardaşlıq əlaqələri idi. Ancaq İkinci Qarabağ savaşından sonra bizə göstərilən dəstək bu əlaqələri yeni yüksək zirvəyə qaldırdı”. Qeyd edilib ki, bu gün Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək. Görüş zamanı bu məsələ ilə bağlı geniş müzakirə aparılib. Ən əsası isə bildirilib ki, bu il iyul ayında Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Şuşa şəhərində keçirilməsi qərara alınıb. Eyni zamanda, müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də Prezident İlham Əliyevin dəvəti ilə bu görüşdə iştirak edəcəkdir. Bu, da öz növbəsində Türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcəkdir.
Türkiyə-Azərbaycan  əməkdaşlığının bütünlükdə türk dövlətlərinin birliyinin möhkəmlənməsindəki  əvəzsiz rolu son illərdə  daha da intensivləşib. Qlobal enerji və nəqliyyat layihələrinin reallaşmasında əsas tərəfdaş olan  ölkələrimizin dünya siyasətində artan rolu türkçülüyün, turançılığın  sarsılmazlıq nümunəsidir.
İki dost ölkənin birgə həyata keçirdiyi layihələr kifayət qədər çoxdur.   Nəqliyyat, enerji layihələri ölkələrin sərhədlərindən kənarda da artıq önəmli rol oynayır. Enerji və nəqliyyat təhlükəsizliyi bu gün dünya gündəliyinin ön sıralarında olan mövzulardır. Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi bu gün 7,5 milyard dollar təşkil edir.  
Keçən il Azərbaycandan Türkiyəyə 9 milyard kubmetr təbii qaz ixrac edilib. Əldə edilmiş razılaşmalar əsasında qazın həcminin artırılması nəzərdə tutulur, o cümlədən Türkiyə ərazisindən Avropaya gedən təbii qaz qitənin bir çox ölkələri üçün önəmli enerji təhlükəsizliyi məsələsidir. Həmçinin nəqliyyat sahəsində də uğurlar artıb. Bakı-Tbilisi-Qars dəmir yolu yüklərin həcmini 1 milyon tondan 5 milyon tona çatdırması nəzərdə tutulub.
 
 Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru
 

Şərhlər

XƏBƏR LENTİ