SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Daşaltı əməliyyatından 32 il ötür

Daşaltı əməliyyatından 32 il ötür

Tarix:

26-01-2024, 09:20

/ 173 dəfə oxundu.
Daşaltı əməliyyatından 32 il ötür

Daşaltı kəndinin erməni silahlı birləşmələrindən təmizlənməsi məqsədilə keçirilən əməliyyatdan 32 il ötür.

Daşaltı əməliyyatı hərb tariximizə I Qarabağ müharibəsində Azərbaycan Ordusunun ağır məğlubiyyətə uğraması ilə yanaşı, ordumuzun qəhrəmanlığı və şücaəti ilə də düşüb.

Daşaltı əməliyyatı 1992-ci il, yanvarın 25-də saat 20:00-da başlanıb, yanvarın 26-da gecə uğursuzluqla başa çatıb.

Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin erməni yaraqlılarından azad edilməsi məqsədilə keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev birbaşa rəhbərlik edib.

Əməliyyatda yeni yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak ediblər.

Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltına daxil olan Azərbaycan əsgərləri düşmənin pusqusuna düşərək tamamilə məhv edilib.

Kəndə daxil olmuş bir neçə taqım isə xeyli itki verərək geri çəkilə bilib.

Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, bundan başqa onlarla əsgər hələ də itkin düşmüş sayılır.

Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itiriblər.

Qeyd edək ki, 2020-ci ilin noyabrın 9-da Azərbaycan Ordusu 1991-ci ildən erməni silahlı dəstələrinin işğalı altında olan Daşaltı kəndini azad edib. Beləliklə, 28 ildən sonra Daşaltı əməliyyatının qisası alınıb.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Daşaltı kəndinin yenidən qurulması ilə bağlı görüləcək işlərlə tanış olub, burada özəl investisiya hesabına inşa ediləcək yeni yaşayış kompleksinin və turizm obyektlərinin təməlini qoyub. Eyni zamanda, Prezident İlham Əliyev Daşaltı kənd məscidində tikinti işlərinin gedişi ilə tanış olub.

İşğaldan azad edilmiş torpaqlarda, o cümlədən Daşaltı kəndində kütləvi məzarlıqlar aşkarlanıb.

Belə ki:

Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından biri 19.12.1960-cı ildə Bakı şəhəri, Suraxanı rayonunda anadan olmuş, 26.01.1992-ci ildə Şuşa rayonunun Daşaltı kəndi ərazisində itkin düşmüş Abdullayev Nurəli Hacıbaba oğluna (hərbi qulluqçu) məxsus olduğu müəyyən edilib;

Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından biri 12.1971-ci ildə Bakı şəhəri, Sabunçu rayonunda anadan olmuş, 26.01.1992-ci ildə Şuşa rayonunun Daşaltı kəndi ərazisində itkin düşmüş Qurbanov Nofəl Nəriman oğluna (hərbi qulluqçu) məxsus olduğu müəyyən edilib;

Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından biri 07.04.1968-ci ildə Xızı rayonunun Giləzi qəsəbəsində anadan olmuş, 26.01.1992-ci ildə Şuşa rayonunun Daşaltı kəndi ərazisində itkin düşmüş Rüstəmov Araz Bağı oğluna (hərbi qulluqçu) məxsus olduğu müəyyən edilib;

Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından biri 25.02.1951-ci ildə Abşeron rayonunun Qobu qəsəbəsində anadan olmuş, 26.01.1992-ci ildə Şuşa rayonunun Daşaltı kəndi ərazisində itkin düşmüş Hüseynov Gülverdi Ağahüseyn oğluna (hərbi qulluqçu) məxsus olduğu müəyyən edilib;

Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından biri 26.02.1961-ci ildə Bakı şəhəri, Nizami rayonunda anadan olmuş, 26.01.1992-ci ildə Şuşa rayonunun Daşaltı kəndi ərazisində itkin düşmüş Abbasov Məhərrəm Abbas oğluna (hərbi qulluqçu) məxsus olduğu müəyyən edilib;

Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından biri 24.07.1966-cı ildə Xaçmaz rayonunun Kiçik Buraxum kəndində anadan olmuş, 26.01.1992-ci ildə Şuşa rayonunun Daşaltı kəndi ərazisində itkin düşmüş Niftəliyev Adil Kamal oğluna (hərbi qulluqçu) məxsus olduğu müəyyən edilib;

Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından biri 22.09.1969-cu ildə Şamaxı rayonunun Göylər kəndində anadan olmuş, 26.01.1992-ci ildə Şuşa rayonunun Daşaltı kəndi ərazisində itkin düşmüş Mikayılov Baba Balakişi oğluna (hərbi qulluqçu) məxsus olduğu müəyyən edilib;

Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından biri 25.05.1967-ci ildə Bakı şəhərində anadan olmuş, 26.01.1992-ci ildə Şuşa rayonunun Daşaltı kəndi ərazisində itkin düşmüş Məmmədov Elmar İnqilab oğluna (hərbi qulluqçu) məxsus olduğu müəyyən edilib;

Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından biri 17.11.1963-cü ildə Bakı şəhəri, Xətai rayonunda anadan olmuş, 26.01.1992-ci ildə Şuşa rayonunun Daşaltı kəndi ərazisində itkin düşmüş Qasımov Veysəl Qasım oğluna (hərbi qulluqçu) məxsus olduğu müəyyən edilib;

Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından biri 20.12.1956-cı ildə Bakı şəhəri, Səbail rayonunda anadan olmuş, 26.01.1992-ci ildə Şuşa rayonunun Daşaltı kəndi ərazisində itkin düşmüş Əhmədov Riad Fikrət oğluna (hərbi qulluqçu) məxsus olduğu müəyyən edilib.

Şərhlər

XƏBƏR LENTİ