SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Rayonlara qar yağıb - FAKTİKİ HAVA

Rayonlara qar yağıb - FAKTİKİ HAVA

Tarix:

18-12-2023, 09:48

/ 292 dəfə oxundu.
Rayonlara qar yağıb - FAKTİKİ HAVA

 Faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, dekabrın 18-i saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə qar qağıb, gecə və səhər saatlarında Abşeron yarımadasının bəzi yerlərində yağış sulu qara keçib. Əsən güclü şimal-qərb küləyi səhər saatlarından 8-13 m/s-dək zəifləyib.

Qar örtüyünün hündürlüyü Şahdağda 16 sm, Daşkəsəndə 15 sm, Şəkidə 14 sm, Əlibəydə (Zaqatala) 13 sm, Ordubadda 11 sm, Sarıbaş (Qax), Gədəbəydə 10 sm, Qrızda 8 sm, Yardımlıda 7 sm, Xaltan, Şamaxı, Lerikdə 4 sm, Göygöl, İsmayıllı, Quba, Qusarda 3 sm, Altıağac, Qobustan, Şahbuzda 2 sm, Qəbələdə 1 sm olub.

Şərhlər

XƏBƏR LENTİ