SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Bölgə TV" 4 yaşını qeyd edəcək

"Bölgə TV" 4 yaşını qeyd edəcək

Tarix:

4-07-2017, 12:36

/ 61 195 dəfə oxundu.
"Bölgə TV" 4 yaşını qeyd edəcək

Daim operativ, dəqiq və qərəssiz xəbərləri ilə izləyicilərin qəlbində taxt qurmuş internet televiziyası "Bölgə Tv" iyulun 12-də 4 yaşını qeyd edəcək

Fəaliyyət müddəti ərzində bir çox vətəndaşın probleminin həlli yolunda əzmkar addımlar atan, həmin məsələlərin aidiyyatı qurumlara çatdırılmasında rol oynayan "Bölgə Tv" yarandığı gündən bu yana öz prinsiplərinə sadiq qalıb.
"İşıqlandırdığımız mövzular daim böyük aidutoriyanın marağına səbəb olub və bizim üçün əsas prioritet izləyicilərimizin zövqünü oxşamaq, bizə müraciət edən şəxslərin problemlərinin həll yollarının tapılmasıdır." - deyə "Bölgə Tv"-nin redaktoru İbrahim Mahmudov bildirib.

Fəaliyyət illəri ərzində "Bölgə Tv"nin elektron poçt ünvanına izləyicilər tərəfindən saysız-hesabsız təşəkkür məktubları göndərilib.
Qeyd edək ki, kanalımız ad günü tədbirində də sadiq izləyiciləri yaddan çıxarmayıb. Belə ki, artıq bəzi izləyicilər tədbirdə iştirak etmək şansı qazanıblar və həmin şəxslərin sayı artır.
Biz də "Bölgə Tv" kollektivi adından izləyicilərimizi tədbirimizdə görməkdən məmnun olarıq.

Tədbirin keçiriləcəyi məkan barədə tədbirdən 2 gün əvvəl məlumat veriləcək.

Şərhlər

XƏBƏR LENTİ