“Azadlıq”ın bölgə müxbirinin apellyasiya şikayətinə baxılıb FOTO VİDEO
Dünən Şəki Apellyasiya məhkəməsində “Azadlıq” qəzetinin bölgə müxbiri, AXCP Ali Məclisinin üzvü Elçin İsmayıllının haqqında çıxarılan 9 il həbs cəzası ilə bağlı şikayət ərizəsinə baxılıb. Məhkəmədə onu vəkil Elçin Sadıqov və İslam İsmayılov müdafiə edib.
Hakim Elçin Hüseynovun sədrliyi ilə aparılan məhkəmədə dövlət ittihamçısının çıxışı dinlənilib. Jurnalist E.İsmayıllı onun çıxışında səslənən iddialar üzrə bütün ittihamları rədd edib və təqsirsiz olduğunu bildirib. Bundan sonra vəkil İslam İsmayılov şikayətçilərin dinlənilməsi tələbi ilə vəsatət qaldırıb. Tələbi yerində müzakirə edən məhkəmə heyəti vəsatəti təmin edib. Məhkəmə prosesi zərərçəkənlərin ifadə verməsinin təmin olunması tələbi ilə başa çatıb. Növbəti məhkəmə iclası dekabr ayının 5-nə saat 14.30-a təyin olunub.
Xatırladaq ki, Elçin İsmayıllı bu il fevralın 17-də İsmayıllı rayonunda həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yolu ilə pul tələb etmə) və 308-ci (vəzifəsindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. O, haqqında başlanan cinayət işi ilə bağlı bütün ittihamları rədd edib və bunun peşə fəaliyyəti ilə bağlı olduğunu bildirib.



Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var