SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Çin Karqo” şirkəti Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşlarını Peşə Bayramı münasibəti ilə təbrik edir

“Çin Karqo” şirkəti Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşlarını Peşə Bayramı münasibəti ilə təbrik edir

Tarix:

22-02-2023, 10:40

/ 334 dəfə oxundu.
“Çin Karqo” şirkəti Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşlarını Peşə Bayramı münasibəti ilə təbrik edir

22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı günü münasibəti ilə “Çin Karqo” şirkətinin rəhbəri Şamil Heydərov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovu təbrik edib. Şirkət rəhbəri, ölkəmizin yol infrastrukturu sahəsində əldə etdiyi uğurların təməlində heç şübhəsiz əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan xarici və daxili siyasətin dayandığını bildirib və ulu öndərin “Yol iqtisadi inkişafın əsas amillərindən biridir. Əgər müasir infrastruktur, yol olmasa, iqtisadiyyat inkişaf edə bilməz” kəlamlarının yaddaşlara həkk olunduğunu qeyd edib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq müəyyənləşdirilən, Azərbaycanı müasir infrastruktur təminatına malik ölkəyə çevirməklə bağlı strategiyada yol infrastrukturunun yenilənməsinə xüsusi önəm verilir.
Xüsusilə qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncamından sonra hər il bu tarix avtomobil yolları işçilərinin peşə bayramı kimi qeyd olunur.
Artıq 15 ildir ki, peşə bayramını qeyd edən avtomobil yolları işçiləri hazırda ölkəmizdə gedən sosial-iqtisadi inkişafına dəstək olmaqla Azərbaycanda yol infrastrukturunun inkişafında mühüm rol oynayırlar. İndi ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən biri məhz yol infrastrukturunun müasir standartlara cavab verərək yenidən qurulmasıdır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkənin ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının, körpülərin, tunellərin və yol qurğularının, həmçinin Bakı şəhərində yerləşən avtomobil yollarının, prospektlərin və küçələrin vəziyyətinə nəzarətin həyata keçirilməsi, qorunub-saxlanılması, layihələndirilməsi, tikilməsi, cari, orta və əsaslı təmiri və bərpa edilməsi işlərinin aparılmasını həyata keçirir.

“Çin Karqo” şirkəti olaraq bir daha başda Saleh Məmmədov olmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin bütün kollektivini Peşə Bayramı münasibəti ilə təbrik edib, onlara iş fəaliyyətində uğurlar arzu edirik. 

Şərhlər

XƏBƏR LENTİ