SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Alternativ enerjimizin alternativsiz sonluğu - İTTİHAM VAR

Alternativ enerjimizin alternativsiz sonluğu - İTTİHAM VAR

Tarix:

23-06-2017, 09:25

/ 153 359 dəfə oxundu.
Alternativ enerjimizin alternativsiz sonluğu - İTTİHAM VAR

Enerji dedikdə, istər-istəməz məişət həyatımızda vacib rol oynayan elektrik enerjisi yada düşür. Çünki elektrik enerjisindən təkcə elektrik avadanlıqlarının istifadəsində deyil, həm də digər enerjilərin, əsasən də istilik enerjisinin əldə olunmasında istifadə olunur. Amma təəssüflər olunsun ki, indi bütün dünyada elektrik enerjisini əldə etmək üçün digər yanacaq növlərindən, əsasən də qaz və mazutdan, az hallarda isə suyun (çayların) axın gücündən istifadə olunur. Sonuncunu çıxmaq şərtilə, elektrik enerjisinin qaz və ya mazut, torf, daş kömür və s. yanacaq növlərinin yandırılması ilə əldə olunması isə ekoloji problemlər yaradır, havanın, atmosferin çirklənməsinə gətirib çıxarır. Bu isə ekoloji fəlakətin baş verməsini qaçılmaz edir. Bəs çıxış yolu nədədir?

Azərbaycanda alternativ enerji mənbələrindən necə istifadə olunur?

Elektrik enerjisinin əldə olunmasının bir yolu da alternativ enerji mənbələrindən istifadədir. Başqa sözlə, günəş, gülək və biomənbələrdən (suyun güclü axınından) alternativ enerji kimi istifadə edərək elektrik enerjisi əldə oluna bilir. Hazırda dünyanın bir sıra ölkələri məhz ekoloji fəlakətdən yayınmaq üçün bu üsuldan istifadəyə daha çox yer verir. Hətta əksər Avropa ölkələri külək enerjisindən, Orta Asiya və digər isti iqlim şəraitinə malik Çin, İran, Türkiyə, Orta Asiya respublikaları, Hindistan, Koreya, Malaziya, İndoneziya, bir sıra Afrika ölkələri isə günəş enerjisindən, Rusiyanın və Avropanın, Qərbi və Şərqi Amerika mənşəli ölkələr isə həm də çayların gücündən elektrik enerjisi istifadə etmək üçün yararlanırlar. Bəs Azərbaycanda vəziyyət necədir?
«Təzadlar»ın Araşdırma Qrupu bu suala cavab tapmağa çalışıb. Və məlum olur ki, alternativ enerjidən istifadə sahəsində vəziyyət nəinki pisdir, acınacaqlı vəziyyətdədir. Ona görə «acınacaqlı» deyirik ki, hətta Azərbaycanda bu sahənin inkişafı üçün Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti yaradılıb, Akim Bədəlov şirkətin direktoru təyin olunub… Sonra alternativ enerjidən istifadə olunmasına dair Dövlət Proqramı qəbul olunub… Amma dövlət şirkəti özünü doğrultmadığından Prezident sərəncamı ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin sədri Akim Bədəlov vəzifəsindən azad edilib, yenidən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılıb, Prezidentin digər Sərəancamı ilə Akim Bədəlov həmin ağentliyin sədri təyin edilib. Yenə də «amma…»! Ona görə ki, bu agentlik yenə də özünü doğrultmadığından, yəni gözlənilən fəaliyyəti olmadığındandır ki, Prezident sərəncamı ilə Energetika Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi publik hüquqi şəxs yaradılır… Və ağentlik təkcə 2017-ci ilin Dövlət büdcəsində idarəetmə aparatının saxlanması üçün (Ümumi dövlət xidmətləri) Energetika Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi publik hüquqi şəxs olaraq 1 milyon 741 min 917,0 maknat, yanacaq və enerji məsrəfləri üçün isə yenə də Büdcədən əlavə 2 milyon 500 min manat vəsait alıb. Cəmi-4 milyon 242 min 917 manat!
Bəs təkcə büdcədən bu qədər vəsait alan agentlik il ərzində heç olmasa bu vəsaitin yarısı qədər büdcəyə xeyir verirmi, alternativ enerji istehsal edə bilirmi?
Apardığımız müşahidələr və araşdırmalar süğut edir ki, agentliyin layihələr çərçivəsində quraşdırdığı külək və günəş batareya qurğularının demək olar əksəriyyəti illərdən bəridir dayanaqlı, yəni işlək olmayan vəziyyətdədir. Bunu Bakı-Yevlax magistral yolunun «Semzavod» adlanan ərazidəki günəş batareyalarının mühafizəçisinin sözlərinə, Mərəzədə dağların üstündə quraşdırılmış bir neçə külək gereratorlarının işləməyən pərləri, elə həmin dağların döşündəki günəş batareyalarına xidmət edən işçilərin və s. söylədikləri təsdiq edir… Bir də ağentliyin rəsmi saytında həyata keçirilən layihələr və texniki tədbirlər bölümündəki rəsmi məlumatlar. Həmin məlumatları oxuyanda isə gülməyimiz tutdu. Məlum olur ki, elmlər doktoru olan, gerçəkdən böyük elmi təcrübəyə malik olan Akim bədəlovun sədri olduğu Agentliyin ötən il və bu ilin əvvəlindən həyata keçirdiyi uğurlu layihələr orta məktəb şagirdləri ilə olan görüşlər, uşaqlara alternativ enerjinin nə olduğunu başa salmaq, Bakının hansısa orta məktəbində konfranslar keçirməkdən və s. ibarət olub. Biz həmin məktəblərin bir neçəsində olduq və olduqca maraqlı mənzərənin şahidi olduq…
(Davamı var)
«Təzadlar»

Şərhlər

XƏBƏR LENTİ