
Göyçayda güclü zəlzələ olub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Yeraltı təkanlar yerli vaxtla 17:41-də qeydə alınıb. Zəlzələ 4.3 bal gücündə olub. Məlumatda qeyd olunub ki, təkanlar yaşayış zonalarında hiss olunub.
Dağıntılarla bağlı dəqiq məlumat yoxdur.