
Saatlı rayonu ərazisində 3.6 bal gücündə zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, iyulun 10-da baş verən yeraltı təkanlar yerli vaxtla saat 17:33:34-də qeydə alınıb.
Episentri 45 km dərinlikdə yerləşən zəlzələ ətraf rayonlarda 3 bala qədər hiss olunub.