Azərbaycanda güclü zəlzələ oldu

Azərbaycanda güclü zəlzələ oldu Göyçayda güclü zəlzələ olub.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Yeraltı təkanlar yerli vaxtla 17:41-də qeydə alınıb. Zəlzələ 4.3 bal gücündə olub. Məlumatda qeyd olunub ki, təkanlar yaşayış zonalarında hiss olunub.

Dağıntılarla bağlı dəqiq məlumat yoxdur.
Geri qayıt