XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Kütləvi zəhərlənmə marketlərdə içməli su qıtlığı yaratdı

Kütləvi zəhərlənmə marketlərdə içməli su qıtlığı yaratdı

Kütləvi zəhərlənmə marketlərdə içməli su qıtlığı yaratdı
12-06-2017, 16:34

Son üç gün ərzində yaranmış ajiotaj mağazalarda içməli suya olan tələbatı fantastik dərəcədə artırıb.

Əksər mağazalarda içməli su tapmaq müşkül məsələyə çevrilib. Elə sosial şəbəkələrdə də hansı suyun daha məsləhətli olması mövzusunda qızğın müzakirələr gedir. Bu şəraitin suyun qiymətinə təsirsiz ötüşməyəcəyi də gözlənilir. "Azərsu"nun dəfələrlə evlərimizə gələn içməli suda heç bir problem olmadığı bəyanatı isə, hələ ki, insanlardakı qorxu qarşısında acizdir.

Qeyd edək ki, bir neçə gün əvvəl Hacı Zeynalabdin Tağıyev qəsəbəsində, Novxanı kəndində, həmçinin Abşeron rayonunun Saray və Ceyranbatan qəsəbələrində yaşayan 2-7 yaşlı 119 uşaq zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasına yerləşdirilib. Valideynlər zəhərlənməyə səbəb kimi suyu göstəriblər.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.