Marketlərdə içməli su yoxa çıxıb - Bakıda BÖYÜK AJİOTAJ
Bakı və Sumqayıtın iri marketlərində içməli suyun satışında ciddi artım müşahidə olunur.
Sosial şəbəkə istifadəçiləri bununla bağlı həyəcan təbili çalır və marketlərdə içməli su ilə bağlı qıtlıq yaşandığını bildirirlər.
İstehlakçılar bunun səbəbini bir neçə gün əvvəl Sumqayıtda 119 uşağın zəhərlənməsi faktı ilə əlaqələndirir.
Yayılan iddiaların həqiqəti nə dərəcədə əks etdirdiyini öyrənmək üçün paytaxtın ən böyük marketləri ilə əlaqə saxladıq. "Araz" və "OBA" marketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elvin Babayev içməli suyun satışında artım olması ilə bağlı yayılan məlumatları təsdiqləyib.
İqtisadçı ekspert Natiq Cəfərli isə məsələni belə şərh edib:
"Sumqayıt və Abşeronda yayılan kütləvi zəhərlənmə ilə bağlı müvafiq dövlət və hökumət qurumlarının böhran menecmenti bərbad vəziyyətə oldu və insanlara normal informasiya verilmədi. Müxtəlif qurumların verdiyi açıqlamalar bir-birinin əksinə olduğu üçün yaranmış vəziyyət panikaya səbəb oldu, sosial şəbəkələrdə də əsas problemin sudan qaynaqlandığı barədə məlumatlar geniş yayılandan sonra suya olan tələbat artdı. İqtisadiyyatda yazılan və yazılmayan qanunlar var. Belə ki, tələbat artanda avtomatik olaraq qiymət də qaldırılır. Bu, müvəqqəti haldır. Düşünmürəm ki, bu vəziyyət uzun müddət davam edəcək. Panika səngiyəndən sonra vəziyyət də getdikcə stabilləşəcək. İnsanlar öz övladlarını, ailəsini qorumaq üçün dükanlarda satılan sudan istifadə etməyə üstünlük verdiyi üçün tələbat artıb. Su satışı ilə məşğul olan iri şirkətlərin məsələ ilə bağlı əlaqələrinin olmasına inanmıram. Dediyim kimi bu, zəhərlənmə xəbərinin qısa müddət ərzində geniş yayılmasından qaynaqlanıb. Su şirkətləri isə sadəcə fürsətdən yararlanır".
Qeyd edək ki, bir neçə gün əvvəl Hacı Zeynalabdin Tağıyev qəsəbəsində, Novxanı kəndində, həmçinin Abşeron rayonunun Saray və Ceyranbatan qəsəbələrində 119 uşaq zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasına yerləşdirilib.
qaynarinfo.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...