SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Ali məktəblərə, kolleclərə, magistraturaya qəbul imtahanları üçün yeni tariflər müəyyənləşib

Ali məktəblərə, kolleclərə, magistraturaya qəbul imtahanları üçün yeni tariflər müəyyənləşib

Tarix:

26-07-2022, 18:50

/ 317 dəfə oxundu.
Ali məktəblərə, kolleclərə, magistraturaya qəbul imtahanları üçün yeni tariflər müəyyənləşib

Ali məktəblərə, kolleclərə, magistraturaya qəbul imtahanları üçün yeni tariflər müəyyənləşib


Orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə və tibb təhsili üzrə rezidenturaya qəbul imtahanları, buraxılış imtahanları, həmçinin abituriyentlərin buraxılış imtahanı çərçivəsində əlavə verdikləri Azərbaycan dili (dövlət dili kimi), rus dili və coğrafiya fənləri üzrə fərq imtahanlarına dair, habelə ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları üzrə tarif tənzimlənməsi həyata keçirilib və yeni tarifləri müəyyənləşdirilib.

Tarif Şurasının bu gün keçirilən iclasında bildirilib ki, qanunvericiliyə əsasən yuxarıda qeyd olunan qəbul imtahanlarında ilk dəfə iştirak edən abituriyentlər və iştirak sayından asılı olmayaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları, şəhid ailəsinin üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, məcburi köçkün statusu olan şəxslər, I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün iştirak haqqı dövlət büdcəsinin vəsaiti hesabına həyatXidmət haqları dövlət büdcəsindən maliyyələşdirilməyən Azərbaycan Respublikası vətəndaşları üçün tariflərin artırılması ilə əlaqədar yaranan fərqin 2023-2024-cü illər ərzində dövlət büdcəsi hesabına qarşılanması məsələlərinə dair Maliyyə və İqtisadiyyat nazirliklərinin hökumətə təqdim etdiyi təkliflərin razılaşdırıldığını nəzərə alaraq, tələbə qəbulu ilə bağlı qərarla təsdiq edilmiş tariflər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən maliyyələşmə məsələləri ilə bağlı qəbul ediləcək qərarı ilə eyni tarixdən qüvvəyə minəcək.

Şərhlər

XƏBƏR LENTİ