XalqXəbər.Az

XalqXeber.Az » Sosial » İşğaldan azad edilən ərazilərdə ov edənlərə XƏBƏRDARLIQ - DİN hərəkətə keçdi

İşğaldan azad edilən ərazilərdə ov edənlərə XƏBƏRDARLIQ - DİN hərəkətə keçdi

İşğaldan azad edilən ərazilərdə ov edənlərə XƏBƏRDARLIQ - DİN hərəkətə keçdi
22-06-2022, 17:27

 
İşğaldan azad olunan ərazilərdə flora və faunanın mühafizəsi daxili işlər orqanlarının diqqət mərkəzindədir, xüsusi olaraq nəzarət tədbirləri həyata keçirilir. 


Bu barədə DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a açıqlamasında deyib.

O bildirib ki, həmin ərazilərdə nadir heyvan növlərinin - dağ keçiləri, cüyür, ayı, bəbir, ular, Qafqaz tetrasının, çaylarda isə balıqların ovlanmasına, onlara zərər yetirilməsinə icazə verilmir:

“Həmin əraziyə gedən şəxslər bu barədə təlimatlandırılırlar. O gözəlliyin qorunması, onun artması üçün aidiyyəti dövlət qurumları ilə birgə tədbirlərlə bağlı Daxili İşlər Nazirliyi tərəfindən polis və Daxili Qoşunların hərbi qulluqçularına müvafiq göstərişlər verilib”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.