SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Diaspor Komitəsinin aparat rəhbərindən ikrah doğuran addım – Ukraynadakı diaspor liderimizi məhkəməyə verdi

Diaspor Komitəsinin aparat rəhbərindən ikrah doğuran addım – Ukraynadakı diaspor liderimizi məhkəməyə verdi

Tarix:

28-04-2022, 18:54

/ 405 dəfə oxundu.
Diaspor Komitəsinin aparat rəhbərindən ikrah doğuran addım – Ukraynadakı diaspor liderimizi məhkəməyə verdi

Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Daşqın Rəcəbli Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevi Ukraynada məhkəməyə verib. Azinforum.az-ın əldə etdiyi məlumata görə, Rövşən Tağıyev Ukrayna vətəndaşı olduğu üçün, iddia ərizəsi cavabdehin qeydiyyatda olduğu ünvan üzrə Kiyev şəhərinin Şefçenko rayonuna göndərilib. Daşqın Rəcəbli iddiasını onunla əsaslandırıb ki, Rövşən Tağıyev diaspor nümayəndələrinin cəmləşdiyi hansısa “vatsap” qrupunda onu təhqir edib.

Foto-Rövşən Tağıyev
Rövşən Tağıyev Azinforum.az-a açıqlamasında Daşqın Rəcəbli tərəfindən məhkəyə verildiyinə dair faktı təsdiqləyib: “Bəli, telefonuma məhkəməyə verildiyimə dair bildiriş də gəlib. Bu barədə elə sizin sayta daha ətraflı açıqlama verəcəm”.
Doğrusu, bu xəbər addamda ciddi məyusluq yaradır. Bütün dünyanın diqqəti Rusiya ilə Ukrayna arasında gedən müharibəyə qarışdığı bir vaxtda, dövlət qurumunda çalışan yüksək postlu məmurun müharibə gedən ölkənin vətəndaşı olan soydaşımızı elə müharibə gedən ölkədə məhkəməyə verməsi yalnız utanc doğura bilər.
Çinarə SEYİDOVA,
Azinforum.az

Şərhlər

XƏBƏR LENTİ