SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Disapor rəhbərindən Nazim İbrahimova İTTİHAM - “Savadlı və qabiliyyətlidi, lakin şəxsiyyəti yox idi”

Disapor rəhbərindən Nazim İbrahimova İTTİHAM - “Savadlı və qabiliyyətlidi, lakin şəxsiyyəti yox idi”

Tarix:

17-03-2021, 17:24

/ 723 dəfə oxundu.
Disapor rəhbərindən Nazim İbrahimova İTTİHAM - “Savadlı və qabiliyyətlidi, lakin şəxsiyyəti yox idi”

Azərbaycanın Ukraynadakı keçmiş səfiri, Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun adı qalmaqallı hadisədə çəkilib.
Belə ki, bir neçə gün öncə həbs edilən general-leytenant Rövşən Əkbərovun təqsirləndirildiyi cinayət işində Nazim İbrahimovun da adı hallandırılıb.

Onlar 19 il əvvəl Ukraynanın paytaxtı Kiyevdə iş adamı Elçin Əliyevin qətlə yetirilməsində günahlanıdırılıblar.

E.Əliyevin anası Səmayə Əliyeva oğlunun ölümündə R.Əkbərovla yanaşı, Nazim İbrahimovu da ittiham edib:

“İşin başında Rövşən Əkbərov dayanır. Ancaq onunla yanaşı, Nazim İbrahimov da bu işdə günahkardır”.

Ukraynadakı Azərbaycan diasporunun rəhbərlərindən olan tarixçi Eldar Tağıyev Modern.az-a Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun adı çəkilən ölkədəki keçmiş fəaliyyətindən danışıb, onun işinə qiymət verib.

E.Tağıyevin sözlərinə görə, vaxtilə Azərbaycanın Ukraynada səfirlik açmasını səbirsizliklə gözləyən diaspor fəalları ilk səfirə böyük ehtiram göstəriblər:

“İlk səfir Nazim İbrahimovun bizim regiona gəlişi toy-bayram idi. Özü də bu barədə dəfələrlə qeyd etmişdi. Savadlı insan idi. Onun Azərbaycana dövlət vəzifəsinə təyin olunmasını da Ukraynada yaşayan azərbaycanlılar sevinclə qarşıladı. Lakin Diaspor Komitəsinə rəhbərlik etdiyi ilk anlardan onun fəaliyyəti mənim xoşuma gəlmədi. Baxmayaraq ki, mənim fərdi fikrim dövlət qulluqçusunun fəaliyyətinə qiymət verməyə yetərli deyil”.

E.Tağıyev Nazim İbrahimovun bir sözünü ömür boyu xatirindən çıxara bilməyəcəyini söyləyib:

“Ukrayna nümayəndə heyətinin iştirakı ilə keçirilən diaspor qurultayında belə bir söz işlətdi ki, “biz ancaq şəxsi sədaqət prinsipi ilə işləyirik”. Qeyd edim ki, Nazim müəllim ona şəxsi "sədaqəti" olanları həmişə başqalarından üstün tuturdu. Ona kimin xəbər gətirməsi daha çox maraqlı idi. Hətta diasporun II qurultayı zamanı Ukraynadan olan nümayəndələrlə görüşündə bu yanaşma üsulunu rəsmən elan etdi. Bu yanaşma onun fəaliyyətindəki gələcək cılızlıqlara və diaspordakı parçalanmalara yol açdı”.

E.Tağıyev dyib ki, diaspor işində “şəxsi sədaqət” prinsipi düzgün deyil.

“Çünki diaspor dövlətə, xalqa, millətə xidmət edir. Hər zaman Azərbaycan dövlətçiliyinin xidmətində olmalıdır. Bu insanın ən böyük səhvi o idi ki, həmin formada işləyirdi. Savadlı, qabiliyyəti biri idi. Lakin şəxsiyyəti yox idi. Onun bizim Diaspor Komitəsinə vurduğu ziyanı heç kəs vurmayıb. Rəhbərlik etdiyi qurumun nə qədər çətin bir sahə olduğunu yaxşı dərk edən Nazim İbrahimov insanlar arasında seçim etməklə məhz öz şəxsiyyətinə pərəstişin qurbanı oldu. Nəyi itirib, nəyi qazandığını deyə bilmərəm, amma mənim kimi sırf vətənə xidməti ön planda tutanlar üçün xoşagəlməz xatirələr qoyub getdi”.

Şərhlər

XƏBƏR LENTİ