SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » 250 manatlıq tələ - Video

250 manatlıq tələ - Video

Tarix:

24-05-2017, 16:19

/ 61 445 dəfə oxundu.
250 manatlıq tələ - Video

“Aeroport şossesində 100-dən sonra 40 sürəti qoyublar. Yəni, siz sol 100-lük yolda gedəndə radar qoyub çəksələr, saatda 60 km/saat aşıb 250 manat cərimələnə bilərsiniz”.

Bu sözləri məşhur DJ Tural Yusifov social şəbəkədə yazıb. Şossedə video çəkiliş edən aparıcı bildirib ki, tabloda 60, 80 və 100 km/saat sürət qeyd olunsa da, yol nişanında hərəkət sürəti 40 göstərilib:

“Nişan müvəqqəti deyil və mən əminəm ki, yolda hərəkət edən minlərlə sürücü bu nişana diqqət etmir. Sabah Olimpiya stadionundan o tərəfə radar quraşdırsa, hamı radara düşəcək. Çünki bu 40 sürəti sadəcə bu zolağa aid deyil, bütün yola aiddir. Solda 100-lə gələn saatda 60 km/saat sürəti aşmış olur. Bu isə 250 manat cərimədir.Bu yol nişanının bura qoyulmasının məntiqi nədir bilmirəm. 7-ci zolaqda hərəkət edən sürücü bunu necə görsün?”.[media=http:///www.youtube.com/watch?v=t9MHERPjlgg]

Şərhlər

XƏBƏR LENTİ