Polis əks istiqamətdə hərəkət edən “Prado”nun sürücüsünü axtarır - VİDEO
Bakıda daha bir sürücü nəqliyyat vasitəsini yolda əks istiqamətə çıxararaq hərəkət edib.
Görüntülər paytaxtın Xəzər rayonu, Türkan-Zığ şossesində lentə alınıb.
Sürücü qəza işıqlarını da yandırıb ki, yoluna çıxdığı sürücülər onu görsün.
Görüntünü izləyən Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, sürücü bu hərəkəti ilə kobud qayda pozuntusuna yol verib.
Hazırda yol polisi görüntülər əsasında həmin nəqliyyat vasitəsini və onu idarə edən sürücünü axtarır. Əgər onun törətdiyi xəta sübuta yetirilərsə, sürücü məhkəmənin qərarı ilə avtoxuliqanlıq hərəkətinə görə 1 illik sürücülük hüququndan məhrum edilməklə yanaşı, inzibati qaydada da müəyyən müddətə həbs ediləcək.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək