SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Xəzər TV-də kütləvi ixtisarlar başlayır - İDDİA

Xəzər TV-də kütləvi ixtisarlar başlayır - İDDİA

Tarix:

28-05-2021, 10:08

/ 775 dəfə oxundu.
Xəzər TV-də kütləvi ixtisarlar başlayır - İDDİA

Xəzər TV-də kütləvi ixtisarlar başlayır.

Pravda.az-ın əldə etdiyi məlumata görə, əvvəlcə texniki heyətin, sonra isə digər sahədə çalışan işçilərin ixtisarı gözlənilir.

Bildirilir ki, texniki heyətə daxil olan işçilərin bir qisminə ərizə yazdırılıb. Mətn belədir: “Yazıb bildirirəm ki, 01.06.2021-ci il tarixdən mənimlə bağlanmış müddətsiz əmək müqaviləsinin müddətli müqavilə ilə əvəzlənməsinə etiraz etmirəm, razıyam”.

Göründüyü kimi, ərizə müddətsiz müqavilənin müddətli müqavilə ilə əvəzlənməsi ilə əlaqədardır. Qeyd olunan müddət də 3 ayı əhatə edir. Ehtimal edilir ki, 3 aydan sonra həmin işçilər azad ediləcək. İxtisar prosesinin tam olaraq yeni mövsümdə həyata keçirilməsi nəzərdə tutulur. Yeni işçilərin götürülüb-götürülməyəcəyi məlum deyil.

Şərhlər

XƏBƏR LENTİ