XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Kəmaləddin Heydərovun şirkətində yenidən kütləvi ixtisarlar başladı

Kəmaləddin Heydərovun şirkətində yenidən kütləvi ixtisarlar başladı

Kəmaləddin Heydərovun şirkətində yenidən kütləvi ixtisarlar başladı
22-06-2020, 15:26

Milla” (“AZFP Co. LTD” MMC) şirkətində yenidən kütləvi ixtisarlara başlanılıb.

Şirkətin işçilərinin verdiyi məlumata görə, “Milla”nın yeni rəhbərliyi işçilərin müqaviləsinin bitməsini əsas gətirərək işdən azad etdirməyə başlayıb. Həmçinin müddətsiz əmək müqaviləsi ilə çalışan işçiləri də ixtisar adıyla işdən azad etdirir.
Məlumata görə, “Milla”da əmək hüquqları kobud şəkildə pozulur. Belə ki, 1 il müqavilə işləyən işçilərlə müddətsiz əmək müqaviləsi bağlanmalı olduğu halda onlarla yenidən 3 aylıq müqavilələr bağlanır. Artıq 40 nəfərə yaxın işçiyə işdən azad ediləcəyi ilə bağlı xəbərdarlıq olunub. Səbəb kimi də şirkətin maliyyə vəziyyətinin ağır olması ilə izah edirlər. Məlumatda bildirilir ki, “Milla”nın əvvəlki direktoru Samir Şirinovun vaxtında böyük maliyyə maxinasiyası olduğu üçün şirkətin maliyyə vəziyyəti olduqca ağırlaşıb. Artıq şirkətdə maaşların gecikdirildiyi və işçilərin ödənilməyən əmək haqlarının məzuniyyətlə əvəzlənəcəyi də redaksiyamıza çatan məlumatlar sırasındadır. Məlumatda həmçinin iddia olunur ki, şirkətin stajlı işçiləri ilə “Gilan” Holdinqə daxil olan MMC-lərindən biri ilə 3 aylıq müqavilələr bağlanılır…
Şikayətlərdə bildirilir ki, “Milla”ya məxsus nəqliyyat vasitələri, xüsusi ilə də məhsulları daşıyan avtomobilləri bərbad vəziyyətdə olsalar da onlar təmir olunmur. Səbəb kimi avtomobillərin təmirini həyata keçirən servislərə borclar göstərilir. Sürücülərin bundan narazı qaldığı və etiraz etdikləri bildirilir.
“Milla”da həmçinin koronavirusa yoluxma hallarının da olduğu, amma şirkət rəhbərliyinin bu faktları gizlətməyə çalışdığı da iddia olunur. Məlumatda bildirilir ki, “Milla”da istehsalatda çalışan Pakistan vətəndaşı və bir-neçə azərbaycanlı işçidə yüksək qızdırma qeydə alınıb. Və onlar şirkətin ərazisində fəaliyyət göstərən yataqxanada təcrid ediliblər. Rəhbərlik yalnız bundan sonra işçilərə maskasız gəzməmək barədə xəbərdarlıq edib, əks təqdirdə 50 manat cərimələnəcəklərini bildiriblər.

Qeyd edək ki, “Milla”nın yeni direktoru “Gilan FMC Pepsi”yə də rəhbərlik edən Qabil Əhmədovdur. Qabil Əhmədovun şirkətdə öz qaydalarını diqtə etməyə başladığı bildirilir…

“Milla”nın mövqeyini də dərc etməyə hazırıq.// AzToday.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.