SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Şəhid və qazi ailələri dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunublar

Şəhid və qazi ailələri dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunublar

Tarix:

9-05-2021, 12:16

/ 550 dəfə oxundu.
Şəhid və qazi ailələri dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunublar

Milli Məclisin deputatı Malik Həsənov pandemiya qaydaları çərçivəsində seçicilərlə ənənəvi görüş keçirib.
Qəbulda iştirak edən seçicilərin bir qismi şəhid və qazi ailələri olub. Milli Məclisin deputatı dövlətimizin bu kateqoriyadan olan insanlara diqqət və qayğısından geniş bəhs edib. Bildirib ki, Prezident İlham Əliyevin son fərman və sərəncamları bu diqqətin bariz nümunəsidir.
Görüşdə seçicilərin problemləri dinlənilib. Onların müəyyən qismi elə yerindəcə həll edilib. Digər məsələlərin həlli üçün aidiyyəti qurumlar qarşısında müvafiq tapşırıqlar qoyulub.
Qəbulda ümumilikdə 46 seçici iştirak edib.

Şərhlər

XƏBƏR LENTİ