Şəhid və qazi ailələri dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunublar

Qəbulda iştirak edən seçicilərin bir qismi şəhid və qazi ailələri olub. Milli Məclisin deputatı dövlətimizin bu kateqoriyadan olan insanlara diqqət və qayğısından geniş bəhs edib. Bildirib ki, Prezident İlham Əliyevin son fərman və sərəncamları bu diqqətin bariz nümunəsidir.
Görüşdə seçicilərin problemləri dinlənilib. Onların müəyyən qismi elə yerindəcə həll edilib. Digər məsələlərin həlli üçün aidiyyəti qurumlar qarşısında müvafiq tapşırıqlar qoyulub.
Qəbulda ümumilikdə 46 seçici iştirak edib.