SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Xəzər Dəniz Gəmçilik” rəhbərliyinin taladığı idarələr ləğv olunur

“Xəzər Dəniz Gəmçilik” rəhbərliyinin taladığı idarələr ləğv olunur

Tarix:

23-01-2017, 09:16

/ 2 916 dəfə oxundu.
“Xəzər Dəniz Gəmçilik” rəhbərliyinin taladığı idarələr ləğv olunur

“Xəzər Dəniz Gəmçilik” QSC-də struktur islahatlarına hazırlıq gedir

QSC-dəki mənbədən daxil olan xəbərə görə, bəzi idarələrin ləğvi və ya bir mərkəzdə birləşəcəyi gözlənilir.

Xəzər Dəniz Nəqliyyat Layihə-Axtarış və Elmi-Tədqiqat İnstitutu, İstehsalat Xidmətləri İdarəsi, Sosial İnkişaf İdarəsində ixtisarlar aparıla bilər.

Mənbənin qeydlərinə görə, bu idarələrin ayrılıqda fəaliyyətində ciddi maxinasiyalara, büdcə vəsaitlərinin mənimsənilməsinə yol verilib.

Həm Aydın Bəşirovun, həm indiki sədr Rauf Vəliyevin vaxtında yeyintilər aşkarlanıb. Hesablama Palatasının yoxlaması zamanı daha ciddi faktlar meydana çıxa bilər.

Ölkə rəhbərliyinin tapşırığı ondan ibarətdir ki, tam struktur islahatları keçirilsin və miqyası genişlənsin. Bu islahatlar “Xəzər Dəniz Gəmçilik” QSC-yə də çatıb.

QSC-dəki mənbədən daxil olan xəbərə görə, Aydın Bəşirovun taladığı və yağmaladığı dövlət qurumuna rəhbərlik edənlərin biznes fəaliyyəti haqda bilgilər var.

Hazırda QSC sədri Rauf Vəliyev, müavinləri Zamiq İsmayılov və Nəzrəddin Əhmədzadə Aydın Bəşirovun kursunun layiqli davamçıları kimi fəaliyyətdədir.

Bir müddət əvvəl A.Bəşirov vəzifədən uzaqlaşdırılmasını belə şərh etmişdi: “Biz Rauf Vəliyevlə qardaş kimiyik, dostuq, problem yoxdur. Mən şadam ki, belə oldu”.

Media üzərindən araşdırmalar zamanı əldə etdiyimiz bilgiyə görə, A.Bəşirovun bu şadyanalığı və arxayınlığının arxasnda da məhz həmin açıqlama dayanır. Onun postunda oturan R.Vəliyev A.Bəşirovla birgə hərəkət edir.

Bəşirovun təcrübəsi, maxinasiyalarda və korrupsiya əməliyyatlarında, maliyyə yeyintilərində sənədləşmə işlərini yüksək səviyyədə bilməsi Vəliyevin işinə yarayıb. Bundan başqa A.Bəşirovun Türkiyədə də böyük biznesi var.

Onun başqa bir biznesi isə Salyanın keçmiş icra başçısı olan əmisi Rasim Bəşirovun oğlu Fuad Bəşirovun adına sənədləşdirilib.

“Xəzər Yaxt Servis” MMC adlanan bu şirkət Xəzərdə turist gəzintiləri həyata keçirir. Bu MMC-nin də fəaliyyətində ciddi qanun pozuntularının olduğu bildirilir.

R.Vəliyevin hər ay nəzarətindəki gəmilərdən 20-30 min manat civarında gəliri var.

Bu mənfəət qeyri-rəsmi qazancdır və nə qurumun fonduna, nə dövlət büdcəsinə, nə vergiyə çatır. R.Vəliyev aylıq gəlirindən nə deklorasiya verir, nə vergi ödənişi edir. Bu da qurunun bəzi idarələrində struktur islahatlarını şərtləndirib.

Şərhlər

XƏBƏR LENTİ