SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Rauf Vəliyev Aydın Bəşirova “rəhmət” oxutdurur

Rauf Vəliyev Aydın Bəşirova “rəhmət” oxutdurur

Tarix:

3-10-2017, 10:21

/ 64 744 dəfə oxundu.
Rauf Vəliyev Aydın Bəşirova “rəhmət” oxutdurur

Aydın Bəşirov Xəzər Dəniz Gəmiçiliyindəki sədr postunu itirəndən sonra kollektivdə belə bir rəy formalaşmışdı ki, artıq problemlər geridə qalacaq. Rauf Vəliyevin rəhbərlik etdiyi yeni komanda isə Aydın Bəşirovdan qalan problemləri nəinki həll etdi, əksinə, kollektiv yeni problemlərlə üz-üzə qaldı. Adıçəkilən qurumda vəziyyətin heç də ürəkaçan olmadığı daxil olan məlumatlardan aydın görünür. İddia olunur ki, istismardan çıxarılmış gəmilərin əlvan metalları sökülərək satılır. Bu işdə əsasən gəmiçiliyin mühafizə xidmətinin və texniki işçilərin adı hallanır. Məlumat üçün bildirək ki, gəmilər müxtəlif növ əlvan metallarla, o cümlədən mislə zəngindir. Bu alver növü o qədər gəlirli hesab edilir ki, bəzən Xəzər Dəniz Gəmiçiliyinin rəis heyəti də bu işə rəhbərlik edirlər. Daxil olan məlumatlarda qeyd olunur ki, bir çox tanker və quru yük daşıyan gəmilər istismardan çıxarılaraq uzun müddətdir ki, 57-ci körpü adlanan ərazidə saxlanılır. Bu gəmilərin əlvan metalları təhlükəsizlik xidməti rəhbərliyinin əli ilə talan olunur.Təhlükəsizlik xidmətinin rəhbərliyi isə Rauf Əliyevin yaxın adamlarıdır. Əlvan metalları talan olunan gəmilərin bir qisminin siyahısını təqdim edirik:
İslam Səfərli adına tanker, Gəncə, Şamaxı, Cəfər Cabbarlı adına quru yük gəmisi, Rəşid Behbudov adına quru yük gəmisi və s.
Əlvan metalların biznesini quran Xəzər Dəniz Gəmiçiliyindəki şəbəkənin gözünü pul o qədər tutub ki, hətta işlək vəziyyətdə olan gəmilərin belə müəyyən hissələrindəki əlvan metallar da sökülərək satılır. İstismarda olan bir çox gəmilərdə kondisionerlərin işləməməsi məhz bununla bağlıdır.
Redaksiyamıza daxil olan məlumatların dəqiqləşdirilməsi və qarşı tərəfin mövqeyinin dərc edilməsi üçün Xəzər Dəniz Gəmiçiliyi ilə əlaqə qurmaq cəhdlərimiz uğursuz alınır. Buna baxmayaraq qarşı tərəfi dinləməyə hazırıq.
Redaksiyamıza daxil olan Rauf Vəliyevin yarıtmaz iş prinsipi ilə bağlı məlumatlar araşdırılma mərhələsindədir. Yaxın günlərdə oxucularımız bu məqalələrlə tanış ola biləcəklər.

Stimulxəbər.az

Şərhlər

XƏBƏR LENTİ