SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Vaqif Mustafayevin verilişi də bağlandı

Vaqif Mustafayevin verilişi də bağlandı

Tarix:

10-02-2021, 13:42

/ 646 dəfə oxundu.
Vaqif Mustafayevin verilişi də bağlandı

Space Televiziyasının sabiq rəhbəri, kinorejissor Vaqif Mustafayevin daha bir layihəsinin yayımı dayandırılıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, V.Mustafayevin müəllifi olduğu "Sadə Həqiqətlər" verilişi Space kanalında yayımlanmayacaq. Kinorejissorun son verilişinin qonağı millət vəkili Fazil Mustafa olub. V.Mustafayevin Space Televiziyasının rəhbəri vəzifəsindən azad olunmasından sonra çəkilən həmin veriliş də efirə verilməyib.

Şərhlər

XƏBƏR LENTİ