XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » "Space” TV-nin yeni rəhbəri dünya şöhrətli azərbaycanlının kürəkənidir - Qısa dosye

"Space” TV-nin yeni rəhbəri dünya şöhrətli azərbaycanlının kürəkənidir - Qısa dosye

"Space” TV-nin yeni rəhbəri dünya şöhrətli azərbaycanlının kürəkənidir - Qısa dosye
15-02-2021, 13:40

Xəbər verdiyimiz kimi, Space TV-yə yeni rəhbər təyin olunub.

Kamil Şahverdiyev kanalın yeni rəhbəri təyin edilib.

K.Şahverdiyev dünya şöhrətli sənətkarı Rəşid Behbudovun kürəkənidir. O, kinorejissor Vaqif Mustafayevin telekanala rəhbərlik etdiyi müddətdə "Space" TV-nin icracı direktoru vəzifəsində çalışıb.

O, vaxtilə ssenari müəllifi, musiqi tərtibatçısı, musiqi redaktoru kimi işlərin icraçısı olub. "Gülağa Məmmədov", "Havalansın xanın səsi", "Hər şey olduğu kimi. Rəşid Behbudov", "Əminə Dilbazi", "Lütfiyar İmanov", "Tofiq Bakıxanov", "Sara Qədimova" və s. kimi filmlərin çoxunun ssenari müəllifi və musiqi redaktoru məhz Kamil Şahverdiyevdir.

Həmçinin o, Rəşid Behbudov Fondunun direktoru kimi fəaliyyət göstərib.

Kamil Şahverdi 2017-ci ildə Rəşid Behbudovla bağlı yaradılmış "Rashid Behbudov Official" rəsmi "Youtube" kanalının direktoru olub. (yeniavaz.com)

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.