Taleh Yüzbəyov: “Vaqif Mustafayev “Space”i məhv edir” (VİDEO)
Aktyor Taleh Yüzbəyov "Youtube”da yayımlanan "Əyrixətt” layihəsinin qonağı olub.
Axşam.az - a xəbər veririk ki, o, sualları cavablandırarkən rejissor Vaqif Mustafayev haqda da danışıb və onun "Space” TV-dəki fəaliyyətinə toxunub. Taleh Yüzbəyov bildirib ki, Vaqif Mustafayevin yeri "Space” deyil:
"Aktyoru səhnədən başqa hər şey məhv edir. Nəinki aktyorları, həmçinin rejissorları da. Məsələn, görürsən ki, böyük rejissordur, kanal rəhbəri olur, oranı məhv edir. Vaqif Mustafayev mənim üçün Azərbaycan rejissorları arasında pikdir, zirvədə olan insandır. "Space” kanalında isə Vaqif müəllim bir o qədər də xidmət göstərə bilmir. Mənim onun haqda danışmağım bir az pis çıxır. "Space” kanalı hazırda ən yaxşı kanallarımızdan deyil. Bu da Vaqif Mustafayevin idarəçilik dövrünə düşür. Aktyorun, rejissorun yeri kabinet deyil. Sən yaradıcı insansansa, öz işinlə məşğul olsan daha faydalı olar. Bəlkə də insanları məhv etmək üçün onlara vəzifə vermək lazımdır”.
Sözügedən kadrlara videonun 10:40-cı dəqiqəsindən etibarən baxmaq olar:

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır