SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Azərbaycandan xaricə milyonlarla dollar məhsul satan bu şəxslər vergiləri vaxtında ödəmirlər - SİYAHI

Azərbaycandan xaricə milyonlarla dollar məhsul satan bu şəxslər vergiləri vaxtında ödəmirlər - SİYAHI

Tarix:

26-01-2021, 09:46

/ 692 dəfə oxundu.
Azərbaycandan xaricə milyonlarla dollar məhsul satan bu şəxslər vergiləri vaxtında ödəmirlər - SİYAHI

Qeyri-dövlət sektorunda Azərbaycanın ən böyük ixracatçı şirkətlərinin dövlət büdcəsinə böyük həcmdə vergi borcları var.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı araşdırma göstərir ki, həmin şirkətlərin bəziləri qısa müddət əvvəl yaranmalarına baxmayaraq ölkənin ən böyük ixracatçılarına çevriliblər.
Ötən ilin ilk 11 ayının nəticələrinə görə ən böyük 10 ixracatçı şirkətdən ikisi ötən ilin əvvəlində dövlət qeydiyyatına alınıb. 30,4 milyon dollar dəyərində məhsul ixrac edən “Almeyvə” MMC 05.02.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamı kapitalı isə cəmi 10 manat təşkil edir. Bir-neçə ay ərzində 24,5 milyon dollar dəyərində məhsul ixrac edən “Fruıt Store” MMC isə 21.02.2020-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin də nizamnamə kapitalı 10 manata bərabərdir.
Onu da bildirək ki, qeydiyyata alındıqdan cəmi bir neçə ay sonra ölkənin ən böyük ixracatçı şirkətinə çevrilən “Fruıt Store” MMC-nin dövlət büdcəsinə də böyük həcmdə vergi borcu var. Açıqlanan son məlumata görə “Fruıt Store” MMC-nin dövlət büdcəsinə 541 min 704 manat 33 qəpik vergi borcu var.
Onu da bildirək ki, vergi öhdəliklərini vaxtında yerinə yetirməyən şirkətlər arasında ölkənin əsas ixracatçı şirkətlərindən olan “Baku Steel Company” MMC də var.
Vergi öhdəliklərini vaxtında yerinə yetirməyən Azərbaycanın qeyri-neft sektorundakı ən böyük özəl ixracatçı şirkətlərinin bəzilərini təqdim edirik:
Azərbaycandan xaricə milyonlarla dollar məhsul satan bu şəxslər vergiləri vaxtında ödəmirlər - SİYAHI

Şərhlər

XƏBƏR LENTİ