XalqXəbər.Az

XalqXeber.Az » Sosial » Şəhidlərin həbsdə olan qohumları azadlığa buraxıldı

Şəhidlərin həbsdə olan qohumları azadlığa buraxıldı

Şəhidlərin həbsdə olan qohumları azadlığa buraxıldı
25-01-2021, 14:20

Vətən müharibəsində şəhid olmuş şəxslərin azadlıqdan məhrum edilən valideynləri və yaxın qohumlarından ibarət 30-dan çox şəxs azadlığa buraxılıb.

Bunu Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin rəisi Malik Ələkbərov ötən ilin yekunlarına həsr olunmuş onlayn mətbuat konfransında deyib.

M.Ələkbərov bildirib ki, azadlığa buraxılan şəxslərin sayı 30-dan çoxdur və dəqiq məlumat hazırlanır: “Qanunun yol verdiyi hallara uyğun olaraq onların bir hissəsi şərti azadlığa buraxılıb, bir hissəsinin həbs qətimkan tədbiri dəyişdirilib, bir şəhid ailəsi oğlunun dəfnində iştirak etmək üçün səfərə buraxılıb”.

[xfvalue_elave] XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.