SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Həbs edilən polkovnik azadlığa buraxılıb

Həbs edilən polkovnik azadlığa buraxılıb

Tarix:

16-12-2019, 13:02

/ 919 dəfə oxundu.
Həbs edilən polkovnik azadlığa buraxılıb

Həbs edilən "Aprel döyüşləri"nin iştirakçısı polkovnik Qadir Vəlişov azadlığa buraxılıb...
"Report" xəbər verir ki, bu barədə Qarabağ qazisi Rey Kərimoğlu bildirib.

"Polkovnik Vəlişovun oğlu zəng etmişdi və dediyinə görə prokurorluğun verdiyi vəsadətlə polkovnik Vəlişov Qadir azadlığa buraxılıb", - o deyib.

Qeyd edək ki, Q.Vəlişov Beyləqan rayonunda 13 hektar torpaq sahəsi və ferma üstündə yaranmış mübahisəyə görə tutulmuşdu. Faktla əlaqədar Beyləqan Rayon Polis Şöbəsində (RPŞ) Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb.

Şərhlər

XƏBƏR LENTİ