XalqXəbər.Az

XalqXeber.Az » Sosial » Jurnalistlər məhkəmə zalından azadlığa buraxıldı

Jurnalistlər məhkəmə zalından azadlığa buraxıldı

Jurnalistlər məhkəmə zalından azadlığa buraxıldı
1-03-2017, 13:33

Sumqayıt şəhər məhkəməsinin qərarı ilə 1 il müddətinə azadlıqdan məhrum edilən jurnalistlər azadlığa buraxılıb.

Bu barədə vəkil Elçin Sadıqov məlumat verib. O bildirib ki, ağır cinayətdə ittiham etməklə böhtan atmaqda təqsirləndirilən İkram Rafiqoğlu və Rəhman Novruzov barəsindəki hökm bu gün Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə dəyişdirilib: “Onlara 9 ay islah işləri cəzası təyin edildi. Təyin edilmiş islah işləri cəzası həbsdə qaldıqları 3 ay 14 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəzləşdirərək cəzalarını tam icra etdiklərinə görə məhkəmə zalından həbsdən azad edildilər. Qərardan kassasiya şikayəti verəcəyik”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.