SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Araz" market Qarabağ Qazisinin maaşını mənimsəyib - GİLEY

"Araz" market Qarabağ Qazisinin maaşını mənimsəyib - GİLEY

Tarix:

22-12-2020, 12:19

/ 752 dəfə oxundu.
"Araz" market Qarabağ Qazisinin maaşını mənimsəyib - GİLEY

Kürdəmir şəhər, İsmət Qayıbov küçəsi, ev 3-də kirayə yaşayan Elməddin Bəhruz oğlu Xələfov Aprel döyüşlərində iştirak edib, II Qarabağ Müharibəsi başlayanda isə yenidən könüllü olaraq cəbhəyə yazılıb.

DİA.AZ xəbər verir ki, o, Füzuli istiqamətində gedən döyüşlərdə yaralansa da, hazırda könüllü olaraq, hərbi xidmət göstərir.

Elməddin Xələfov cəbhəyə könüllü getməzdən əvvəl rayonun Aran qəsəbəsində yerləşən Araz marketdə satıcı (3 ay) kimi işləyib. Anası Kəmalə Xələfova bildirir ki, oğlu cəbhəyə gedəndən sonra Araz marketdən onun 2 ay maaşını veriblər. Sonradan ana oğlunun maaşını adı çəkilən marketdən istədikdə, “biz burda çalışmayan işçiyə əmək haqqı vermirik”cavabını veriblər.

Şərhlər

XƏBƏR LENTİ