Siraqəddin Cabbarov Qazi ailəsi ilə maraqlanmır - Elvin Babayev maaşını da ala bilməyib
Müddətdən artıq xidmət edən hərbi qulluqçu maaşını ala bilmir. DİA.AZ bildirir ki, bu barədə Sabirabaddan daxil olan şikayətdə bildirilib.
Elvin Babayev 10 sentyabr 2020-ci il tarixindən Azərbaycan Silahlı Qüvvələrində MAXE kimi xidmətə başlayıb. O, N saylı hərbi hissənin tərkibində 27 sentyabrdan başlayan İkinci Qarabağ müharibəsində Füzuli, Cəbrayıl, Qubadlı rayonlarının azad olunmasında fəal iştirak edib. Komandirlərindən “tank qənimi” ləqəbini alan Elvin Babayev Qubadlı uğurunda gedən döyüşlərdə yaralanıb. Hazırda Bakı Sağlamlıq Mərkəzində müalicə olunur.
Elvin Babayev bildirir ki, hərbi xidmət üzrə maaşını ala bilmir: “Məsələ ilə bağlı Müdafiə Nazirliyinə də müraciət etmişəm, ancaq hələki problemim həll olunmayıb.”
Elvin Babayevin xidmət etdiyi hərbi hissəsinin zabit və əsgər heyəti sıradan çıxdığı üçün ona və qalan digər əsgər yoldaşlarına xidmətlərinə görə də heç bir təltif verilməyib.
Elvin Babayevin atası Paşa Babayev isə deyir ki, nə Sabirabad rayon İcra Hakimiyyətindən, nə Çöl Beşdəli kənd icra nümayəndəliyindən onun ailəsi, oğlu ilə maraqlanan olmayıb.
Elvin Babayev ailəlidir, 3 azyaşlı övladı var.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək