XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Əli Əsədovdan İlham Əliyevin təşəbbüsü ilə bağlı QƏRAR

Əli Əsədovdan İlham Əliyevin təşəbbüsü ilə bağlı QƏRAR

Əli Əsədovdan İlham Əliyevin təşəbbüsü ilə bağlı QƏRAR
8-12-2020, 13:51

Baş nazir Əli Əsədov Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Bakı Metropoliteninin yeni stansiyasına Zəfər günü münasibətilə “8 noyabr” adı verilməsi təşəbbüsü ilə bağlı qərar imzalayıb.

Bununla bağlı Nazirlər Kabinetinin rəsmi saytında məlumat yerləşdirilib. Qərara əsasən, Bakı Metropoliteninin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında yerləşən yeni stansiyası “8 Noyabr” adlandırılıb.

Bakı Şəhər İcra Hakimiyyəti və “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti bu qərardan irəli gələn məsələləri həll edəcəklər

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.