SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “6 aydır maaş əlavələrini almırıq” - ETİRAZ

“6 aydır maaş əlavələrini almırıq” - ETİRAZ

Tarix:

9-09-2020, 15:28

/ 920 dəfə oxundu.
“6 aydır maaş əlavələrini almırıq” - ETİRAZ

Həkimlər maaşlarına olan əlavələrini ala bilmədiklərindən şikayətçidir.

Cebhe.info xəbər verir ki, bu dəfə şikayətlə həkim-dosent Akif Cahangiroğlu Axundov özünün “Facebook” səhifəsində çıxış edib. O, şimal bölgəsinin həkimlərinin yalnız yanvar və fevral ayında maaş əlavələrini aldığını bildirib. 9 aydır İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə çalışdığını deyən həkim 6 aydır ki, maaş əlavələrini ala bilmədiklərindən gileylənib.

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən ümumilikdə 11 707 nəfərə - 9015 tibb işçisinə, 2692 qeyri-tibb işçisinə aprel ayı üzrə iş vaxtına mütənasib olaraq müddətli əlavə ödənilib. Bakı şəhəri üzrə 140, respublikanın digər şəhər və rayonları üzrə 115 dövlət tibb müəssisəsinin tibb və qeyri-tibb işçilərinə aprel ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 13.1 milyon manat müddətli əlavə ödənilib.

Xatırladaq ki, "Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilib. Belə ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il oktyabrın 1-dək olan müddət üçün ödəniləcək.

Onu da bildirək ki, Cebhe.info tibb işçilərinin maaş əlavələrini ala bilmədikləri barədə şikayətlərə dair İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sorğu ilə müraciət edib.

Saytımızın sorğusuna hələ də cavab verilməyib.
“6 aydır maaş əlavələrini almırıq” - ETİRAZ

Şərhlər

XƏBƏR LENTİ