Semaşko təmirə bağlanır? - İşçilər deyir "hə", TƏBİB deyir "yox"...
Mubahise.az saytının elektron ünvanına 1 saylı Klinik Tibbi Mərkəzin (keçmiş Semaşko) bir neçə əməkdaşı müraciət edərək bildiriblər ki, dekabr ayından etibarən nə maaşları nə də əmək haqqlarına əlavələri ödənməyib. Onlara öz hesablarına ərizə yazdırıblar ki məzuniyyətə çıxsınlar.Səbəb kimi xəstəxananın təmirə bağlanması göstərilir. Hətta bildirirlər ki, 4 cü korpusun 1 ci mərtəbəsində artıq başlanılıb.
Mubahise.az məsələ ilə bağlı İcbari Tibbi Sığorta agentliyinin sözcüsü Aynurə Əhmədova və TƏBİB in sözcüsü Elnarə Baxışla əlaqə saxladı və suallarımızı ünlanladıq.
İcbari Tibbi Sığorta Agentliyinin mətbuat xidməti rəhbəri : “Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq, yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən yanvar ayı üzrə iş vaxtına mütənasib olaraq aylıq vəzifə (tarif) maaşının 3-5 misli məbləğində müddətli əlavələrin ödənişi davam edir. Ödənişlərin 11 mart tarixində başa çatması nəzərdə tutulur”.
“Dövlət tibb müəssisələri tərəfindən siyahılar göndərildikdən sonra agentlik fevral ayı üzrə də ödənişlərə başlayacaq”, - deyə qurumdan qeyd edilib.
TƏBİB sözcüsü Elnarə Baxış isə qeyd edib ki, Klinik Tibbi Mərkəzdən bildirilib ki, "COVİD19" ilə əlaqədar tibb işçiləriötən il məzuniyyətəçıxa bilməmişdilər. Ötən il məzuniyyətə çıxa bilməyən tibb işçiləri hazırda həmin növbəli şəkildə məzuniyyətə çıxırlar.
Xəstəxananın sökülməsi ilə bağlı onlarda məlumatın olmadığını bildirdilər.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...