SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "DeFacto" mağazalar şəbəkəsindən müştərilər niyə məmnun deyillər - İDDİA/FOTO

"DeFacto" mağazalar şəbəkəsindən müştərilər niyə məmnun deyillər - İDDİA/FOTO

Tarix:

5-09-2020, 11:15

/ 1 438 dəfə oxundu.
"DeFacto" mağazalar şəbəkəsindən müştərilər niyə məmnun deyillər - İDDİA/FOTO

Sosial şəbəkə istifadəçisi Aysel Seyidova sosial şəbəkə vasitəsi ilə DeFacto mağazalar şəbəkisinin rəhbərliyinə müraciət ünvanlayıb. Aysel Seyidova müraciətində yazır:

"Burdan DeFacto mağazalar şəbəkisinin rəhbərliyinə səslənirəm.

Əməkdaşlarınızı işə götürərkən yalnız təcrübə, dil biliklərinə əsasən deyil həm də şəxsi insani keyfiyyətlərinin də qaydasında olub olmadığını analiz edib sonra qərar verin.

Əhmədli mağazanız mənə ən yaxın məsafədə yerləşdiyindən artıq bir neçə ildir yalnız ora üz tuturam. Amma ilk gündən mağazanın içində həmişə gərgin abu-hava, qıcıqlandırıcı səs tonu, təşviş, qaçhaqaç olur. Nəhayət məlum oldu ki, bu "möhtəşəm" səsin yiyəsi və bu gərginliyin səbəbi mağaza müdiri Yeganədir. Bu Yeganənin (xanım deməyə dilim gəlmir) işçilərə qarşı həddən artıq kobud, aqressiv, yüksək səslə xitabı şəxsən mənə və əminəmki digər müştərilərə alış-verişdə mane olur.

Dünən axşam saatlarında da 2-ci mərtəbədə kişi bölməsindəki kişi əməkdaşı 1-ci mərtəbədən qışqıra-qışqıra "filankəs, BURA GƏL !!!" deyə çağırmağı məni artıq şikayət etməyə vadar etdi.

Həqiqətən orda çalışan istər xanım istər kişi əməkdaşlar müştəri məmnuniyyətini təmin etmək üçün kifayət qədər səy göstərirlər, amma Yeganə kimilər səlahiyyətlərindən istifadə edib əməkdaşları zalda, müştərilərin önündə alçaltmağa çalışırlar. Lakin unutmayın sizin əməkdaşlara qarşı bu davranışa haqqınız yoxdur!!!

Xahiş və tələb edirəm sözügedən əməkdaş barəsində tədbir görəsiniz, təlimlərə cəlb edəsiniz, lazımdırsa çağırıb söhbət edəsiniz, şəxsi həyatındakı problemlərinin günahkarı əlinin altındakı mağaza çalışanlarının olmadığını başa salasınız."
Teref.az yazır ki, Aysel Seyidovanın müraciətinin altında komment yazan Çinarə Yahya adında sosial şəbəkə istifadəçisi qeyd edir:
"Çinare Yahya eyni gərginliyi məndə hiss etmişəm orda.Üstəlik noyabrin 24 ü ordan qizima hədiyyə jaket almişdilar,19.99.azn. Bir neçə gün sonra 30%endirim elan elədilər,gedib baxdim ki 19.99azn olan həmin jaketin qiymətini əvvəlcə qaldirib və sonra 30%lə yenidən 19.99 a saliblar.Hətta saticidan soruşdum ki dəqiq endirimlə bu qiymətədi ,dedi bəli endirimə düşüb.Səhv etmirəmsə Black Friday eləmişdilər guya."
DeFacto mağazalar şəbəkisinin rəhbərliyinin mövqeyini işıqlandırmağa hazırıq!

Teref.az
"DeFacto" mağazalar şəbəkəsindən müştərilər niyə məmnun deyillər - İDDİA/FOTO

Şərhlər

XƏBƏR LENTİ