XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "Xahiş edirəm mənə köməklik edəsiniz" - GİLEY

"Xahiş edirəm mənə köməklik edəsiniz" - GİLEY

"Xahiş edirəm mənə köməklik edəsiniz" - GİLEY
26-12-2020, 11:10

Cəlilabad rayon sakini Filatov Nüsrət Abdulla oğlu “Kontakt Home” mağazalar şəbəkəsi tərəfindən aldadıldığını iddia edir.

Vətəndaş Moderator.az-ın redaksiyasına müraciət edərək ona köməklik edilməsini xahiş edib:

“Dekabrın 9-da “Kontakt Home” mağazalar şəbəkəsindən 18 aylıq kredit şərtləri ilə “Xiomi Redmi Note 9 3GB 64 GB” markalı telefon aldım. Hər iki telefona 25 manat ilkin ödəniş etmişəm. Lakin bir neçə gün sonra telefonun tez-tez donduğu məlum oldu. Yəni telefondan sərbəst istifadə etmək olmur, tez-tez donur. Bununla bağlı isə şirkətin bizə verdiyi əlaqə nömrələrinə zəng vursaq da heç kim bizə cavab vermir. Bir sözlə, məqsədləri odur ki, asas telefonları satılsın və sonra necə olacaq onları maraqlandırmır. Mən axı bu telefonun hər birinə 18 ay kredit ödəyəcəm. Xahiş edirəm mənə köməklik edəsiniz”.

Məsələylə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla əlaqə saxladıq. Qurub sədri Moderator.az-a vətəndaşın ərizəylə onlara müraciət etməsindən sonra ona kömək edə biləcəklərini bildirdi:

“Kontakt Home” mağazalar şəbəkəsindən il ərzində kifayət qədər şikayətlər olur. Vətəndaş gərək bizə ərizəylə müraciət etsin. Biz yalnız onda sonra mağazaya müraciət edə bilərik. Bu mağalazar şəbəkəsiylə artıq əlaqə yarada bilmişik və belə razılığa gəldik ki, bizə göndərilən şikayətlər onlara yönləndiriləcək və onlar da vətəndaşın problemini həll edəcəklər.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.