SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Atçılıq Federasiyası ona tapşırılan sahəni necə məhvə aparır? – Klublardan Prezidentə şikayət…

Atçılıq Federasiyası ona tapşırılan sahəni necə məhvə aparır? – Klublardan Prezidentə şikayət…

Tarix:

19-08-2020, 09:51

/ 1 336 dəfə oxundu.
Atçılıq Federasiyası ona tapşırılan sahəni necə məhvə aparır? – Klublardan Prezidentə şikayət…

Respublikada atçılığın inkişafında müstəsna xidmətləri olan bir qrup şəxs redaksiyamız vasitəsilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlayıb. Azinforum.az yazıda adaları çəkilən şəxslərin və qurumların da münasibətinə yer verməyə hazır olduğunu bəyan etmək şərtilə həmin müraciəti olduğu kimi dərc edir:

“Hörmətli cənab Prezident!

Biz, aşağıda imza edənlər, uzun illərdir, bəzilərimiz ailəliklə və hətta ata-babadan gələn varislik əsasında, ölkəmizdə milli atçılığın müxtəlif sahələrində – at sahibi, məşqçi, idmançı, mehtər və başqa fəaliyyət növləri ilə məşğuluq. Təsadüfi deyil ki, bizlər, əsasən milli sərvətimiz olan Qarabağ, Dilboz, İngilis və Ərəb at cinslərinin yetişdirilməsi ilə məşğuluq. İçimizdəki at sahibləri bu işdən heç gəlir belə götürmür, əksinə atların bəslənməsinə uzun illərdir şəxsi vəsaitlərini xərcləyirlər. Biz əminik ki, milli cins atlarımızı yetişdirmək, artırmaq, bəsləyib təlim keçməklə vətənimizə və millətimizə, dövlət maraqlarımıza xidmət edirik.

Sizin Qarabağ və Dilboz atlarının artırılması və yetişdirilməsinə yönəlmiş qərarlarınız, bu sahənin maddi-texniki bazasının yaxşılaşdırılması və damazlıq işinin aparılmasına dəfələrlə göstərdiyiniz maddi, mənəvi və inzibati təşəbbüslər Sizin bu sahəni nə dərəcədə əhəmiyyətli və vacib hesab etdiyinizin göstəricisidir. Bütün bunlar üçün Sizə bir daha öz dərin minnətdarlığımızı bildiririk.

Belə ki, istənilən damazlıq işinin seçim mərhələsi, yekun yoxlama olaraq atların Cıdır Meydanında sınaqdan keçirilməsi olmadan mümkün deyil.

Bildiyiniz kimi, Sizin təşəbbüsünüzlə bu sahənin inkişafı üçün, Cıdır Meydanında işin təşkili, daha doğrusu işin imitasiyası 2010- cu ildən etibarən Azərbaycan Respublikası Atçılıq Federasiyasına həvalə olunub.

Lakin, üzərindən on il keçməsinə baxmayaraq Azərbaycan atçılığı bütün idman sahələrindən geridə qalmış, qat-qat aşağı səviyyəyə enmiş və demək olar ki, tamami ilə tənəzzülə uğrayıb.

Belə ki, at yarışlarının istənilən səviyyədə keçirilməsi mümkün olmadı, daha çox reklam xarakterli tədbirlər keçirildi. Yarışlarda uduşların verilməsi problemə çevrildi, mədəni və kütləvi idman sahəsi olmasına baxmayaraq, Cıdır meydanında əksər at sahibləri və həvəskarlar uzaqlaşdırıldı.

Bu işdə ən çox ziyan çəkən məhz milli atcılığımız oldu. Hamı gözləyirdi ki, xüsusilə Sizin fərmanlarınızdan sonra, Qarabağ və Dilboz atlarını illərdir min bir əziyyətlə, bütün çətinliklərlə saxlayan, yetişdirib, artıranlara dəstək olacaq. Lakin bütün ümidlərimiz puça cıxdı.

Sizin son vaxtlar dövlət malını mənimsəyən, özbaşına məmurlara qarşı həyata keçirdiyiniz sərt tədbirlərlə bir daha Azərbaycan xalqın yanında olduğunuzu onların qeydinə qaldığınızı bizlərə bir daha xatırlatdız.

Biz Azərbaycan atçıları bu qayğıdan ruh alaraq, Sizə öz problemlərimizi bildirmək qərarına gəlmişik.

Məmurlara qarşı ciddi xəbərdarlıqlarınıza baxmayaraq Azərbaycan Respublikası Atçılıq Federasiyasında çaparlara, mehtərlərə, məşqçilərə və at sahiblərinə qarşı özbaşınalıq və haqsızlıq davam edir.

Belə ki, 2019-cu ilin noyabr ayında cıdır mövsümünün bağlanışı olub. Cıdır yarışlarının başlamasından bir il keçməsinə baxmayaraq, qoyulan az miqdarda olan uduş məbləğlərinin bir hissəsini bu günə qədər biz atçılar hələ də ala bilməmişik.

Biz çaparlar, məşqçilər və mehtərlər dəfələrlə Atçılıq Federasiyasına müraciətlər etsək də müxtəlif bəhanələr gətirərərək bizi cavabsız qoymuşdurlar. Hətta ARAF-ın prezidenti Elçin Quliyev atçılıq ərazisində gəzdiyi zaman ona yaxınlaşaraq öz haqqlarımızı tələb etdikdə bizlərə: “Bir daha qarşıma çıxsanız cıdır yarışlarını ləğv edəcəm və bir daha yarış üzü görə bilməyəcəksiniz” ifadələrini bildirib.

Qeyd etmək istəyirik ki, 2014-cü ildə dəstəkçi sahibkarlar hesabına Cıdır yarışlarına 700.000 dollar ümumi uduş fondu qoyulmuşdur ki, həmin dövürdə milli at cinslərimizin inkişafına təkan vermiş, yüzlərlə yeni atçı sözügedən idman sahəsinə qoşulmuş həmçinin xeyli sayda beynəlxalq yarışlarda iştirak edən cins “İngilis” və “Ərəb” atları ölkəmizə gətirilib.

Növbəti illər ərzində bu sahənin inkişafı üçün Heydər Əliyev Fondu, “Paşa Sığorta”, “Azersun” və “Embawood” şirkətinin dəstəyi ilə Federasiyaya külli miqdarlarda pul vəsaitləri ayrılıb.

Buna baxmayaraq, Federasiya tərəfindən Cıdır yarışlarına qoyulan illik uduş fondu məbləği 200.000 Azn təşkil edir. Hər il 100-150 at cıdır yarışlarında iştirak edir. 200.000 Azn uduş fondundan atların cıdır yarışında iştirak edə bilməsi üçün Federasiya tərəfindən yenidən 1% məbləğ tutulur. Hətda müəyyən vaxtlarda əsasiz olaraq “qrup yarışlarında səkkiz at iştirak etmelidir”, deyərək qoyulan az miqdarda pul vəsaitini mənimsəyirlər. Qeyd etmek isteyirik ki, dünyada qrup yarışlarında iki , üc at da iştirak edə bilir.

Hippodromda 12 kv.m- lik at tövləsində bir atın durması üçün bir aylıq kirası -50Azndir. (qeyd etmək istərdik ki, Binə qəsəbəsində bir otaqlı əla təmirli evin kirayə haqqı 100Azn-dir. Müqasiyə etsək, Türkiyə Respublikasında isə 100 milyonlarla uduş fondu olan bir yerdə bir atın qalması üçün yer haqqı 40-50Azn-dir.)

Bir ata gün ərzində 8-kq Vələmir verilir ki, 4 Azn edir və ayda isə – 120 Azn dir.
Bir at ayda 12 bağlama ot yeyir ki, 5 AZN dən ayda – 60Azn dir.
Bir ata aylıq baxım xərci -50 Azn dir.
Bir atın jokey(idmançı) tərəfindən idman etdirilməsi aylıq – 50Azn dir.
Bir atın məşqçi pulu – 50 Azn dir
Bir atın dırnaqlarının təmizlənib nallanması 40 Azn, nal və mismar pulu 40 Azn, edir ki, aylıq – 80 Azn dir.
Bir atın aylıq vitaminləri alma, kök və.s – 60 Azn dir.
Nəzərə alsaq ki, Cıdır yarışlarında iştirak edən bir atın aylıq xərci cəmi 470 AZN dir. ARAF tərəfindən tutulan 1 faizlər qeyri- qanunu olaraq ləgv etdikləri cıdır yarışlarından menimsədikləri pulları cıxdıqda 170.000 Azn civarında uduş fondu qalir. 12 aya böldükdə aya 14166 Azn düşür. 14166 Azn-ni 150 at sayına böldükdə isə bir ata 94 Azn uduş pulu düşür. Beləliklə, hər at sahibi öz büdcəsindən əlavə 376 Azn pul xərcləməli olur.

Sonuncuları nəzərə alsaq Azerbaycan atcılıgı son günlərini yaşamaqla bərabər atlara sevgisi olan, maddiyat cəhətdən cətinliklə üzləşən at sevərləri itirməkdədirlər.

Atcılığın inkişafı əyaqda durması ücün 705000 Azn illik uduş fondu olmalıdır ki, Azerbaycan atcılığımız ayaq üstə dura bilsin.

Həmçinin vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2013-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmiş Qarabağ və Dilboz atları ilə oynanılan 7-8 komandadan ibarət hər bir komanda 7 oyunçu və atın iştirakı ilə keçirilən milli çövkən oyununa il ərzində 50.000 Azn uduş fondu qoyulur. Qoyulan məbləği 128 idmanci ve ata böldükdə 390 azn dushur.

Bunun nəticəsi olaraq at sahibləri misli olmayan Cins atlarını Azərbaycanın qonşu ölkələrinə dəyər-dəyməzə və ya ölkəmizin rayonlarına, kəndlərinə yük atı qismində satırlar.

Hippodromun vəziyyəti də hal-hazırda bərbad gündədir. Hər tərəf zibil yığınıdır. Atlara baxmağa gələn yerli və xarici qonaqlar bərbad vəziyyətdə olan cıdır zolağını, atların saxlanma şəraitini, qeyri – etik və anti-sanitar vəziyyətdə olan əl yuma yerlərini, ayaqyolularını gördükdə ikrah hissi ilə hippodromdan ayrılır və biz atçıların vəziyyətinə acıdıqlarını bildirirlər. Hippodromda qalan idmançı və mehtərlərə ayrılmış yataqxana mikrob mənbəyinə çevrilmişdir. Hətta xarici qonaqlar qarşılaşdıqları bu xoşagəlməz mənzərələrin fotolarını çəkərək geri qayıdırlar.

Sizin, bu ağır pandemiya dövründə vətəndaşlarımıza göstərdiyiniz yardımlar biz atçılar tərəfindən yüksək qiymətləndirilir. Ancaq Atçılıq Federasiyası bu çətin bir vaxtda yüksək tövlə kiralarında bizlərə dəstək vermək əvəzində tövlə kiralarını gecikdirdiyimiz hər günə görə 5 Azn cərimə məbləği hesablayacağını bildirir.

Biz atcilarin ve atlarimizin hal hazirdaki veziyyeten cıxması üçün acıq yarışlara icazə verildikdə cıdır yarışlarının başlamasi üçün göstəriş vermənizi bir daha xahiş edirik.

Hippodromun qaçış zolağı standartlara uyğun olmadığı üçün, hər il onlarla atlar məşq və yarış zamanı müxtəlif xəsarətlər alaraq cıdır yarışlarına yararsız hala düşür. Qaçış zolağına qulluq məqsədilə əmələ gələn nahamarlıqları aradan qaldırmaq üçün ən az həftədə üç dəfə hamarlanma və sulanma işləri aparılmalıdır. Lakin bu işlərin heç biri aparılmır və su təhcizatı tamami ilə ləğv olunmuşdur.

Çox hörmətli cənab Prezident!

Vəziyyətdən çıxış yolunu Sizə müraciət etməkdə gördük. Başqa yolumuz yoxdur. Sizdən artıq dərəcədə xahiş edirik ki, bu sahədə yığılıb qalmış problemlərin həllində, yarışların beynəlxalq standartlara yaxın tərzdə təşkilində bizə kömək edəsiniz. Milli cins atçılıq sahəsində və həmçinin Beynəlxalq yarışlarda qalib gəlib xarici ölkələrdə dövlətimizin bayrağını ucaldacaq potensiala malik olan “İngilis” və “ərəb” atlarımızın məhv olmaması üçün Sizin köməyinizə xüsusi ehtiyacımız var.

Atları bizim qədər sevən Heydər Əliyev fondunun vitse-prezidenti Leyla xanım Əliyevanı Azərbaycan Atçılıq Federasiyasının prezidenti görmək istərdik.

Xahiş edirik ki, xüsusi komissiyanın yaradılmasına və bu problemlərin yerində araşdırılıb həqiqətin üzə çıxarılmasına tərəfinizdən göstəriş verəsiniz.

Əvvəlcədən Sizə öz dərin təşəkkürümüzü bildiririk.

Hörmətlə:

Azərbaycan Atçıları adından

Köhlən Atçılıq Klubu:

Klub rəhbəri: Şəmsəddin Atayev

Məşqici: Klubun rəhbəri, həmçinin komandasının məşqçisidir

Capar: Elşad Nəzərov

Çapar: Əliyev Azər

Mehtər: Nəzərov Mustafa

Mehtər: Atayev Nicat

Nalbend : Sedat Akmuş

Hemçinin oz şəxsi vesaiti ile Qarabağ Dilbaz atlarının yetişdirilməsi ilə məşğul olur.

Dəfələrlə Cövkən yarışlarında klubun idmançıları ikinci , uçüncü yerlərin qalibi olmuşdur.

Xan-Xan Atçılıq İdman Klubu:

Klub rıhbıri: Əmadov Rəşad

Məşqçi: Məmmədov Namiq

Çapar: Nəzərov Hilal

Mehtər: Budaqov Cavanşir

Təlimci:Azayev Şəhriyar

Mehtər: Məmmədov Hüseyn

Mehtər: Hüseyn Hüseynov

2016, 2017, 2018, 2019 -cu illərdə keçirilən cıdir yarışlarında klubun atlarının əldə etdiyi nailiyyətlərinə göre ilin klubu seçilmiş, Fəxri fərmanlarla təltif olunmuşdur. Klub həmçinin cins atlar yetişdirir.

Omar Atciliq idman klubu:

Klubun rəhbəri: Əliyev Ədalet

Məşqçi: Atayev Fəxrəddin

Çapar: Məmmədov Habil

Çapar: Rüstəmov Nurlan

Mehtər: Abiyev Samir

Mehtər: Əsgerov Xaliq

MƏŞQÇİLƏR:

Balahuseynov Anar
Azayev Nazim

İbrahimov Ramiz
Enserov Elshen

Musayev Vüqar
Abbasov İskender

Atayev Saməddin
Mircelal Melikov

Atayev Şəmsəddin
Mehman Xəlilov

ÇAPARLAR:

Orxanbey Haciyev
Vüsal Nəzərov

Sadiq Cəfərli
Orxan Əsgərzadə

Yusif Rüstəmov
Sexavet Azayev

Aqil Haciyev

Pandemiya ile əlaqədar bölgələrdə olan yetişdiricilər idmançilar ve at sahibləri imzalarını təqdim ede bilmirlər. Sonuncular aşağıdakılardır.

Lələyev Habil Çingiz oğlu: Şəki rayonu Daşuz kəndində Dilboz atlarının yetişdirilməsi ile meşğul olur.

Əli Orucov: Şəki rayonu Dashuz kendinde Qarabag atlarının yetişdirilməsi ilə məşğul olur.

Şəmsi Səfərov: Şəki rayonu Dashuz kəndində Dilboz atlarının yetişdirilməsi ile məşğul olur.

Təlimçi: Şabanov Muşviq Shaban oglu

Mehdər: Məmmədov İsmayil Novruz oglu

Baytar həkim: Şuayev Rəşid Balasi oglu

Beynəlxalq dərəcəli idman ustasi Məşqçi çapar Alik Qasımov

Beynəlxalq dərəcəli idman ustası Azərbaycan atcılıgının inkişafinda sovet donəminde böyük rolu olan Deputat Səfərov

Qarabağ Çövkən komandasi:

Kərimov Taleh Pohruz oglu.
Orucov Nizameddin Eli oglu

Vəlizadə Cəfər Talış oğlu
Shirinov Shamil Shirin oglu

İmanov Elmin Zakir oglu
Salahov Məhəbbət Güloğlan oğlu”.

Şərhlər

XƏBƏR LENTİ