Şəhid Ailəsi illərdir EV NÖVBƏSİNƏ GÖTÜRÜLMÜR... - Prezidentə və YAŞAT Fonduna MÜRACİƏT
Qardaşı 1-ci Qarabağ Savaşı Şəhidi olan Məmmədov Rafiq Mövsüm oğlu Prezident İlham Əliyevə şikayət ərizəsi ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə narazı vətəndaş yazır:
"Qardaşım Məmmədov Həsən Mövsüm oğlu 1-ci Qarabağ müharibəsində Şəhid olub. Amma aradan bu qədər illər keçməsinə baxmayaraq, yaşlı anam Şəhid Anası kimi haqqının təmin olunması üçün illərdir az qala mübarizə aparır.
Nə adımızı ev növbəsinə götürürlər, nə də bu barədə etdiyimiz şikayətlərə baxırlar. Dəfələrlə Prezident İlham Əliyevin adına şikayət ərizələri ilə müraciət etsək də, yazdıqlarımız yenidən Mingəçevir şəhər İcra Hakimiyyətinə yönləndirilir.
Mingəçevir ŞİH-in isə bir cavabı var: adınıza mənzil olduğuna görə, sizin evlə təmin olunmağınız mümkün deyil.
Biz başa düşə bilmirik, Şəhid ailələri şöllərdə yaşamalı idilər ki, onlar dövlət tərəfindən evlə təmin olunsunlar?".
Narazı vətəndaş fikrinin sonunda, ölkə başçısından və YAŞAT Fondundan müraciətlərinə baxılacağını və müsbət qərarın veriləcəyini qeyd edib.
Mövzu diqqətimizdədir...

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...