XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "Eldorado"da dövlətin qanunları işləmirmiş... - "Qardaş, obyekt mənimdi, özüm bilərəm"

"Eldorado"da dövlətin qanunları işləmirmiş... - "Qardaş, obyekt mənimdi, özüm bilərəm"

"Eldorado"da dövlətin qanunları işləmirmiş... - "Qardaş, obyekt mənimdi, özüm bilərəm"
14-08-2020, 09:25

Operativ Qərargahın çimərliklərin açılması ilə bağlı verdiyi göstəriş bəzi işbazlar üçün deyəsən, əla fürsət olub. Görünəni odur ki, möhətkirlər pandemiya dövründə itirdiklərini bir gündə qazanmağı qəsd ediblər və bunun bədəlini vətəndaşlardan çıxarmağı düşünürlər.

DİA.AZ bildirir ki, Bakı sakini Ceyhun Kələşovun şikayəti Bakıdakı Şixov ərazisində yerləşən "Eldorado" çimərliyindəndir. Narazı vətəndaş yazır:

"Eldorado"da dövlətin qanunları işləmirmiş...

"Şikayətim Şıxovdakı Eldorado çimərliyindəndir. Bildiyiniz kimi çimərliklər yeni açıldığı üçün demək olar ki, hər yerdə sıxlıqdır. Dünən (srağagün) Eldoradoya getdik, 2 nəfər üçün 2+2 azn giriş pulu, 1 çətir 4 azn, 2 "lejanka" üçün isə 4+3 azn - ümumilikdə 15 azn pul ödədik, xidmət və qiymətlərdən razı qaldıq. Bu gün (dünən) də ora getməyə qərar verdik. Eldoradoya çatdıq 2+2 azn giriş ödənişini etdik və çimərlik tərəfə keçib 1 çətir və 1 "lejanka" istədik, 15 azn məbləğində qiymət oxudular. Mən də təbii olaraq etirazımı bildirib dünən və bu gün arasında niyə belə fərq olduğunu soruşanda "qardaş, obyekt mənimdi, özüm bilərəm" cavabını aldım.

Deyirəm yaxşı, tək çətir neçəyədir? Deyir 10 azn, "lejanka" da 5 azn. Nəysə, biz orda qalmamağa qərar verdik.

Çıxışda girişdə verdiyimiz ödənişi götürəndə 1 nəfər də orada şikayət edirdi ki, mənə də çətiri 10 manata, "lejanka"nı 4 manata verdilər. Başqa biri də qayıtdı ki, mənə də 3 manata dedilər. Xülasə bu biabırçılıqda məkanındakı sıxlıqdan harınlamış "obyekt sahibindən" bəhs etdim.

Əslində "obyekt mənimdir, özüm bilərəm" deməsəydi, bəlkə də mən bu məsələyə bu qədər baş yormayacaqdım və bu status da yazılmayıb daha sonra İqtisadiyyat Nazirliyinin qaynar xəttinə zəng etməyəcəkdim. Amma qismət".

İddia olunanalrla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
"Eldorado"da dövlətin qanunları işləmirmiş... - "Qardaş, obyekt mənimdi, özüm bilərəm"

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.