SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Neftçala şəhərində krandan içməli suyun istifadəsi məhdudlaşdırılıb

Neftçala şəhərində krandan içməli suyun istifadəsi məhdudlaşdırılıb

Tarix:

29-06-2020, 19:09

/ 1 047 dəfə oxundu.
Neftçala şəhərində krandan içməli suyun istifadəsi məhdudlaşdırılıb

Neftçala şəhərində krandan içməli suyun istifadəsi artıq bir neçə gündür ki məhdudlaşdırılıb...
Səbəb Kür çayının səviyyəsinin aşağı düşməsi nəticəsində Xəzər dənizinin duzlu suyunun çaya qarışmasıdır.

Neftçala şəhəri Kür çayının mənsəbində yerləşir. Şəhərdə 41 min nəfər yaşayır. “Çayın suyunun şoranlaşması nəticəsində ilk dəfədir ki, şəhərdə stasionar su mənbəsindən içməli suyun istifadəsi salamatlıq nöqteyi-nəzərindən məhdudlaşdırılıb. Həmin sudan yalnız məişət və həyətyanı suvarma məqsədilə istifadəyə icazə verilir”, “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Turan İA-ya bildirib. Onun sözlərinə görə, iyunun əvvəllindən başlayaraq “Azərsu” ASC və Neftçala rayon İcra Hakimiyyəti Neftçala şəhərinə, eləcə də rayonun 6 kənd və 3 qəsəbəsinə içməli su 40 km məsafədən - Salyan rayonundan 16 ədəd sudaşıyan avtomobillər vasitəsilə çatdırır. Neftçala şəhərində su sakinlərin evlərinə qapı-qapı daşınır, kəndlərdə isə mobul tipli qurğular olan kəndlərdə isə ehtiyat çənlərə vurulur.

Şərhlər

XƏBƏR LENTİ