XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » İki rayonda narazılıq yüksək həddədir - İDDİA

İki rayonda narazılıq yüksək həddədir - İDDİA

İki rayonda narazılıq yüksək həddədir - İDDİA
23-06-2020, 11:21

2000-ci ildən fəaliyyətdə olan "Söz" Analitik Araşdırma Bürosu vətəndaşlar arasında sorğu keçirib. DİA.AZ-a göndərilən məlumatda qeyd olunur ki, 14 rayonda keçirilən sorğuda sakinlərin yerli məmurlara münasibətinin öyrənilməsi qəsd edilib. Qurumdan bildirilir ki, təzminən 3000-ə yaxın respondent arasında keçirilən sorğuda daha çox iki rayonun icra başçısından narazılıqlar xüsusi olaraq diqqət çəkib.

Dia.az-a daxil olan məlumatda deyilir: "Yaxın günlərdə sorğumuzla bağlı daha geniş bilgiləri təqdim edəcəyik. Amma ilkin olaraq açıqlayırıq ki, Qusar və Şəmkir rayonlarının icra başçıları bu gün daha çox narazılıq yaratmaları ilə diqqətə gəlməkdədir".

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.