SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Əskisi tüstülü olan İCRA BAŞÇILARI... - Onlar HƏDƏFDƏDİR...

Əskisi tüstülü olan İCRA BAŞÇILARI... - Onlar HƏDƏFDƏDİR...

Tarix:

9-09-2021, 20:00

/ 581 dəfə oxundu.
Əskisi tüstülü olan İCRA BAŞÇILARI... - Onlar HƏDƏFDƏDİR...


Samux, Ağcabədi, Qusar və Astara rayonlarının icra başçıları yaxın günlərdə dəyişdirilə bilər. Bu ilginc məlumat DİA.AZ-a hökumətdəki mötəbər mənbədən daxil olub.

Xəbəri verən qaynaq iddia edir ki, adları çəkilən rayon icra hakimiyyəti başçılarından bəziləri barəsində hüquqi işləmlər də başlaya bilər. Onların sırasında Astara və Qusarın icra başçılarının adları öndə gəlir.

Mənbənin dia.az-a söylədikləri: «Əslində Astaranın icra başçısı Qəzənfər Ağayev kifayət qədər arxalı fiqurdur. Amma buna rəğmən onun yenidən hansısa rayona rəhbər göndərilmələri nəinki gözlənilmir, əksinə həbsi belə mümkündür. Qusarın icra başçısı Şair Alxasov da eyni dərəcədə "nişangahda" hesab olunur».

Onu da xatırladaq ki, yerli KİV-də ümumiyyələ, RİH-lərin ləğv ediləcəyi və yerində quberniyaların yaradılacağı haqda da söhbətlər dolaşmaqdadır...

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...

Şərhlər

XƏBƏR LENTİ