XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Xətainin başçısı məktəbin girişini satıb - İTTİHAM

Xətainin başçısı məktəbin girişini satıb - İTTİHAM

Xətainin başçısı məktəbin girişini satıb - İTTİHAM
22-06-2020, 10:11

"Bakının ən talesiz rayonu Xətaidir. Dörd deputatdan ikisi yoxdur. 33 və 35 saylı seçki dairələrinin nəticələri ləğv edilib, birinin də (34 saylı) deputatı rusdur – Mixail Zabelin. Bu yekəlikdə rayonun bütün sakinlərinə millət vəkilliyi etmək Qüdrət Həsənquliyevin üzərinə düşür”.
Reportyor.info xəbər verir ki, bu sözləri jurnalist Anar Niftəliyev yazıb. O, Q.Həsənquliyevə çağırış edib: “Keçmiş icra başçısı Razim Məmmədov bu ərazini qarış-qarış satıb, yeni gələn başçı Rafiq Quliyev də heç nə etmir. 269 saylı məktəbin düz girişində yeni göydələnin tikintisinə hazırlıq gedir”. A.Niftəliyev deyib ki, yol yoxdur, yandakı binaların həyətindən təzə göydələnə giriş qoymaq istəyirlər: “Yandakı 4 binanın özünün həyətində addım atmağa yer yox, maşın saxlamaq üçün axşamlar qırğın gedir. Maşınları artıq Gəncə prospektində park edirlər. Park demişkən, ərazidə park yoxdur. AMEA-nın ərazisi idi, ağaclar, yaşıllıq. Kəsib-töküb iç-içə binalar tikirlər. Bir başında da 7 bina tikildi – deyilənə görə, o binalar Prezident Administrasiyasında çalışanlar üçündür. Amma satışa da çıxarılıb. Nəsə, olan olub. İndi 11 binanın cəmi bir balaca nəfəsliyi var, məktəbin üstü, indi oranı da dağıtmağa hazırlaşırlar”. Halbuki balaca, kiçik bir park kimi etmək olardı, heç olmasa, uşaqlar düşüb oynasın hərdən, daha şəhərə qaçmağa məcbur olmasınlar. Yeniləri də düzələn deyil, bizim başçıların gözü və mədəsi doyub-dolan deyil”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.