SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Xətaidə icra başçısı uşaq meydançasını dağıtdı, 50 ağacı doğradı

Xətaidə icra başçısı uşaq meydançasını dağıtdı, 50 ağacı doğradı

Tarix:

7-01-2018, 13:41

/ 1 554 dəfə oxundu.
Xətaidə icra başçısı uşaq meydançasını dağıtdı, 50 ağacı doğradı

Bakının şairlərin adlarını daşıyan rayonlarında “ağac qatilləri”nin ekoloji cinayətləri ara vermir.
Nizami rayonuna qonşu olan Xətaidə icra başçısı Razim Məmmədovun harda yaşıllığa gözü düşürsə, orda ağacları “qanına qəltan” edib, yerini satırlar.
Reportaj hazırlayarkən metronun “Əhmədli” stansiyası, M.Hadi 23/24 ünvanında eyni özbaşınalığın şahidi olmuşuq. Habelə, hüquqşünas Aslan İsmayılov da bu məsələni sosial şəbəkədə ictimailəşdirib.
Gördümüz bundan ibarətdir ki, Azərbaycan Beynəlxalq Bankının arxasındakı uşaq meydançasını dağıdıblar, 50-dən çox ağacı kəsiblər. Bunu edənlərin məqsədi ərazidə bina inşa etməkdir.
“Guya başqa nə olacaqdı ki? Razim Məmmədov bu rayona baş bəlası göndərilib. Bizim rayon hələ belə icra başçısı görməmişdi. Elə bil ki, Xətainin üz qarasıdır.
Bu dövlət məmurudur, yoxsa meşəbəyidir, bilmirik. Hər səhər oyananda hansısa ərazinin hasarlandığını görməyə vərdiş eləmişik. Bu qədər də qanunsuzluq olmaz axı?!
Harda yaşıllıq görürlər kəsib yerini satırlar, harda park, boş ərazi, səki varsa qarış-qarış satıb varlanırlar. Bir-iki ilə Xətaidə piyadalar üçün nə səki qalacaq, nə keçid.
Maşınların da avtopark eləməyə yeri qalmayıb”,-deyə M.Hadi küçəsinin sakinlərindən biri Zamiq belə deyir. Onun sözlərinə görə, Xətaidə bütün ağaclar tikintilərə qurban verilib.
Xətai sakini olan Natəvan xanım isə deyir ki, təkcə M.Hadi 23/24 ünvanında ağac qırğını getmir:
“Əhmədli” metrosunun yaxınlığında, “Sabina” mağazasının başladığı yerdən ta “Yapikredibank”ın bitdiyi əraziyə qədər yolun ortasını hasarlayıblar. Orda ağacları çoxdan kəsib obyekt tikirlər.
İlk dəfə görəndə dedim yəqin, park düzəldirlər. Amma tikinti sürətlə davam edir. Yolun ortası darısqallaşıb və bir azdan keçib getmək olmayacaq. Bakıda icra hakimiyyətlərinin icazəsi, sərəncamı olmadan daşı daş üstə qoymaq olmaz.
Deməli, bu qanunsuzluğa ya Xətai icra hakimiyyəti göz yumur, ya da əraziləri, yaşıllıqları, yolun ortasını satırlar. Buna bir “dur” deyən tapılmayacaqmı?” – nə bilmək olar…

AzEuroNews.com
Xətaidə icra başçısı uşaq meydançasını dağıtdı, 50 ağacı doğradı
Xətaidə icra başçısı uşaq meydançasını dağıtdı, 50 ağacı doğradı
Xətaidə icra başçısı uşaq meydançasını dağıtdı, 50 ağacı doğradı
Xətaidə icra başçısı uşaq meydançasını dağıtdı, 50 ağacı doğradı
Xətaidə icra başçısı uşaq meydançasını dağıtdı, 50 ağacı doğradı

Şərhlər

XƏBƏR LENTİ