XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Baş Prokurorluqdan Masallıda qızların itkin düşməsi ilə bağlı açıqlama

Baş Prokurorluqdan Masallıda qızların itkin düşməsi ilə bağlı açıqlama

Baş Prokurorluqdan Masallıda qızların itkin düşməsi ilə bağlı açıqlama
20-06-2020, 13:00

İyunun 19-da axşam saatlarında paytaxt sakinləri 2004-cü il təvəllüdlü Alamə Kərimova, 2006-cı il təvəllüdlü İlahə Ələsgərova və 2010-cu il təvəllüdlü Səkinə Ələsgərovanın qonaq getdikləri Masallı rayonunun Şərəfə kəndi ərazisində itkin düşmələri ilə bağlı valideynləri tərəfindən hüquq-mühafizə orqanlarına müraciət daxil olub.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, azyaşlılar qonaq getdikləri Masallı rayonunun Şərəfə kəndindən Bakı şəhərinə qayıtmaq qərarına gəlib, bu məqsədlə qızlar yola çıxaraq Bakı istiqamətinə gedən "Kamaz” markalı yük avtomobilinə miniblər.

Azyaşlılar paytaxta yaxınlaşarkən gecə 03 radələrində Salyan rayonu ərazisindəki polis postlarının birində aşkarlanaraq hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən valideynlərinə sağ-salamat təhvil veriliblər.

İtkin düşmüş şəxslərdə hər hansı xəsarət və ya xəsarət izi, o cümlədən zorakılıq əlamətləri aşkar edilməyib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.