SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Karantinə görə torpaq yolla Bakını tərk edənlər CƏRİMƏLƏNDİ

Karantinə görə torpaq yolla Bakını tərk edənlər CƏRİMƏLƏNDİ

Tarix:

19-06-2020, 17:39

/ 1 191 dəfə oxundu.
Karantinə görə torpaq yolla Bakını tərk edənlər CƏRİMƏLƏNDİ

Ötən həftə tətbiq edilən sərt karantin günlərinə görə torpaq yollarla Bakıdan rayona, rayondan Bakıya gedib-gələn sürücülər cərimələnib.

Bu barədə Baş Dövlət Yol Poliso İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, həmin ərazidən gizli yolla rayonlara gedən 1000-ə yaxın sürücü məsuliyyətə cəlb olunub: "Bu şəxslər Bakı, Sumqayıt və Abşeron qeydiyyatında olan və rayonlara getmək icazəsi olmayanlardır. İcazəsi olan və sıxlığa görə torpaq yolla rayona gedib-gələnlər isə məsuliyyətə cəlb olunmayacaqlar".

K.Əliyev qeyd edib ki, həmçinin torpaq yolla rayona getmək istəyərkən əmrə tabe olmayıb polisə müqavimət göstərən 3 sürücü barəsində inzibati həbs qərarı çıxarılıb.

Şərhlər

XƏBƏR LENTİ