Karantinə görə torpaq yolla Bakını tərk edənlər CƏRİMƏLƏNDİ

Bu barədə Baş Dövlət Yol Poliso İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, polis polkovniki Kamran Əliyev deyib.
Onun sözlərinə görə, həmin ərazidən gizli yolla rayonlara gedən 1000-ə yaxın sürücü məsuliyyətə cəlb olunub: "Bu şəxslər Bakı, Sumqayıt və Abşeron qeydiyyatında olan və rayonlara getmək icazəsi olmayanlardır. İcazəsi olan və sıxlığa görə torpaq yolla rayona gedib-gələnlər isə məsuliyyətə cəlb olunmayacaqlar".
K.Əliyev qeyd edib ki, həmçinin torpaq yolla rayona getmək istəyərkən əmrə tabe olmayıb polisə müqavimət göstərən 3 sürücü barəsində inzibati həbs qərarı çıxarılıb.